Putinin Donbas planı 15 dəfə pozuldu – Generallar yenə vaxt istəyir
Tarix: 25-08-2026 | Saat: 16:16
Bölmə:Özəl | çapa göndər

Rusiya Prezidenti Vladimir Putinin Donbasın tam nəzarətə götürülməsi ilə bağlı ordu qarşısında dəfələrlə qoyduğu müddətlərin başa çatdığı, lakin əsas hədəfin reallaşmadığı bildirilir.
Müharibə Araşdırmaları İnstitutunun (ISW) Qərb kəşfiyyatı və Ukrayna mənbələrinə əsaslanan təhlilinə görə, Ukraynada genişmiqyaslı müharibə başlayandan bəri Kreml Donbasla bağlı 15 dəfə konkret vaxt çərçivəsi müəyyənləşdirib.
Rusiya hərbi rəhbərliyinin 2025-ci ildə Ukrayna cəbhəsinin zəifləyəcəyini və Donetsk vilayətinin tam ələ keçiriləcəyini gözlədiyi bildirilirdi. Sonrakı mərhələdə bu müddətlər əvvəlcə 2026-cı ilin payızına, daha sonra isə qış aylarına qədər uzadılıb.
ISW-nin hesablamasına görə, Rusiya hazırda Donetsk vilayətinin təxminən 79,9 faizinə – 21 170 kvadratkilometr əraziyə nəzarət edir. Bununla belə, bəzi istiqamətlərdə irəliləyişin son dərəcə aşağı templə davam etdiyi qeyd olunur.
Analitiklər mövcud sürətlə Rusiyanın 2026-cı ilin sonuna qədər Donbası tam ələ keçirməsini real hesab etmirlər. Hətta Rusiya Müdafiə Nazirliyinə yaxın mənbələrin də Kremlin qarşıya qoyduğu bəzi hərbi hədəfləri həddindən artıq iddialı hesab etdiyi bildirilir.
Məlumatlara görə, Rusiya Baş Qərargahındakı bəzi şəxslər Donbas uğrunda döyüşlərin 2027-ci ilə qədər uzana biləcəyini düşünürlər. Bu isə Kremlin müharibənin gedişi ilə bağlı ilkin hesablamalarının növbəti dəfə dəyişməsi ehtimalını artırır.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-08-2026