Laçın: Zəfərdən dirçəlişə uzanan yol
Tarix: 25-08-2026 | Saat: 12:09
Bölmə:Siyasət | çapa göndər

Bəzi şəhərlərin tarixində elə günlər var ki, həmin tarixlər yalnız təqvimdəki bir rəqəm deyil, bütöv bir xalqın taleyində dönüş nöqtəsinə çevrilir. 26 avqust da Azərbaycan üçün məhz belə günlərdəndir. Laçın şəhərinin azad edildiyi bu tarix artıq xalqımızın yaddaşında Zəfərin, qayıdışın və yenidənqurmanın rəmzi kimi yaşayır. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 26 avqust Laçın şəhəri günü elan edilib.
Laçının tarixində bu günün xüsusi anlamını dərk etmək üçün onun keçdiyi ağrılı yola nəzər salmaq kifayətdir. 1923-cü ildə Abdallar yaşayış məntəqəsinin Laçın adlandırılması və şəhər statusu alması ilə başlayan şəhərçilik tarixinin mühüm mərhələsi 1930-cu ildə rayonun yaradılması ilə davam edib. Strateji coğrafi mövqeyi, zəngin təbiəti, geniş yaylaqları və meşələri Laçını Azərbaycanın mühüm bölgələrindən birinə çevirib. Lakin məhz bu strateji mövqe onun Ermənistanın işğalçılıq siyasətinin əsas hədəflərindən biri olmasına səbəb olub. 1992-ci il mayın 18-də Laçının işğalı Azərbaycan xalqının yaddaşında ən ağır faciələrdən biri kimi qaldı. Minlərlə insan doğma yurd-yuvasından didərgin düşdü, yüzlərlə hərbi və mülki şəxs həlak oldu və ya itkin düşdü. İşğal illərində rayonun sosial, iqtisadi və mədəni infrastrukturu dağıdıldı, tarixi abidələrə qarşı vandalizm törədildi. Ermənistan tərəfindən aparılan qanunsuz məskunlaşdırma, coğrafi adların dəyişdirilməsi və təbii sərvətlərin talan edilməsi işğal siyasətinin yalnız hərbi deyil, həm də demoqrafik, mədəni və iqtisadi mahiyyət daşıdığını göstərirdi.
Laçının işğalı həm də Azərbaycan üçün strateji baxımdan ağır nəticələr doğurdu. Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqənin yaradılması sonrakı işğallar üçün əlverişli şərait formalaşdırdı. Prezident İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi, Şuşa və Laçının itirilməsi sonrakı faciələrin başlanğıcı oldu. Lakin tarix dəyişdi və Azərbaycan xalqı bu itkiləri Zəfərlə aradan qaldırdı. 2020-ci il Vətən müharibəsində əldə edilən Qələbədən sonra imzalanmış üçtərəfli Bəyanata əsasən, Laçın rayonu həmin il dekabrın 1-də Azərbaycana qaytarıldı. 2022-ci il avqustun 26-da isə Azərbaycan Ordusunun Laçın şəhərinə daxil olması, Zabux və Sus kəndlərinin nəzarətə götürülməsi ilə şəhərin və rayonun tarixində yeni mərhələ başlandı. Bu tarixi Qələbənin arxasında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, diplomatik məharəti və Azərbaycan Ordusunun qəhrəmanlığı dayanır. Laçının azad olunması uğrunda döyüşlərdə şəxsi igidlik və şücaət göstərmiş 8418 hərbi qulluqçunun “Laçının azad olunmasına görə” medalı ilə təltif edilməsi də bu Zəfərin qəhrəmanlarının dövlət tərəfindən yüksək qiymətləndirilməsinin göstəricisidir.
Bu gün Laçın artıq keçmişin yaralarını xatırladan şəhər deyil. O, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən Böyük Qayıdış siyasətinin ən parlaq nümunələrindən biridir. Şəhərdə yeni yaşayış məhəllələri, məktəblər, sosial obyektlər, turizm və istirahət məkanları yaradılır. Minlərlə insanın doğma torpaqlarına qayıdışı təmin olunur. Laçın şəhərində yüzlərlə fərdi ev və mənzil istifadəyə verilib, Zabux, Sus və Bəylik kəndlərində də müasir yaşayış infrastrukturu qurulub. Bu proses sadəcə evlərin tikilməsi deyil, bütöv bir həyatın yenidən bərpa edilməsidir. Laçının inkişaf modelində iqtisadi və ekoloji yanaşmalar da xüsusi yer tutur. Rayonun su ehtiyatlarından istifadə etməklə yaradılan və yenidən qurulan su elektrik stansiyaları bölgənin enerji potensialını artırır. “Aşağı Malıbəyli” və “Mirik” SES-lərində istehsal olunacaq yaşıl enerjinin həm təbii qaza qənaətə, həm də karbon emissiyalarının azaldılmasına xidmət etməsi Laçının “yaşıl enerji” məkanına çevrilməsi istiqamətində mühüm addımdır. Nəqliyyat imkanlarının genişləndirilməsi də şəhərin gələcək inkişafında mühüm rol oynayır. Kəlbəcər-Laçın avtomobil yolunun inşası, çoxsaylı tunel və körpülərin yaradılması bölgənin əlçatanlığını artırır. 2025-ci il mayın 28-də istifadəyə verilən Laçın Beynəlxalq Hava Limanı isə şəhərin regional əhəmiyyətini daha da yüksəldib. Dəniz səviyyəsindən 1700 metr yüksəklikdə yerləşən aeroport Azərbaycanın ən yüksəkdə yerləşən hava limanıdır və gələcəkdə Laçının turizm və beynəlxalq əlaqələr imkanlarının genişlənməsinə mühüm töhfə verəcək.
Laçının dirçəlişi iqtisadi fəallıqla da müşayiət olunur. “Laçın Aqro-Sənaye Parkı”nda müxtəlif istehsal sahələrinin yaradılması, mebel və ayaqqabı fabriklərinin, modul ev istehsalı müəssisəsinin fəaliyyət göstərməsi, heyvandarlıq, arıçılıq və balıqçılığın inkişaf etdirilməsi şəhərin yalnız yaşayış məkanı deyil, həm də iqtisadi mərkəz kimi formalaşdığını göstərir. “Hoçazfilm” yaradıcılıq studiyası isə Laçının mədəni və yaradıcı potensialını üzə çıxaran layihələrdəndir.
Şəhərin mədəni həyatında da yeni səhifə açılıb. Laçının 2025-ci ildə MDB-nin Mədəniyyət Paytaxtı elan edilməsi onun beynəlxalq mədəni platformaya çevrildiyini nümayiş etdirdi. İl ərzində keçirilən çoxsaylı tədbirlər Laçının yalnız yenidən qurulan şəhər deyil, həm də regionun mədəniyyət və yaradıcılıq məkanlarından biri olduğunu təsdiqlədi.
Ən mühüm məqam isə Laçının insanlarına qovuşmasıdır. 2023-cü il mayın 27-dən etibarən keçmiş məcburi köçkünlərin Laçın şəhərinə qayıdışı başlayıb və bu proses davam edir. Bu qayıdış işğalın yaratdığı ən ağır nəticənin – insanların doğma yurdlarından ayrı salınmasının aradan qaldırılması deməkdir. Prezident İlham Əliyevin “Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik” fikri Laçında artıq real mənzərəyə çevrilir. Gözəl təbiət, müasir şəhər infrastrukturu, yaşıl enerji, yeni yollar, hava limanı, məktəblər, istehsal müəssisələri, turizm obyektləri və ən başlıcası, doğma yurda qayıdan insanlar Laçının yeni simasını formalaşdırır.
Bu baxımdan 26 avqust sadəcə Laçın şəhərinin azad edildiyi gün deyil. Bu tarix Azərbaycan dövlətinin gücünün, xalqımızın iradəsinin və Zəfərdən sonra quruculuğa keçidinin simvoludur. Bir vaxtlar işğalın acısını yaşayan Laçın bu gün Azərbaycanın dirçəliş salnaməsinin ən parlaq səhifələrindən birini yazır. Laçının bugünkü siması göstərir ki, Azərbaycan torpaqları yalnız azad etməyi deyil, onları daha gözəl, daha güclü və daha firavan şəkildə yenidən qurmağı da bacarır.
Emil Tağıyev,
YAP Xaçmaz rayon təşkilatının sədri.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-08-2026