Mobil versiya
Bağdad-Bakı reysi ilə gətirilən 866 qutu qəlyan tütünü gömrükdə aşkarlandı
Tarix: 25-08-2026 | Saat: 12:47
Bölmə:Ölkə | çapa göndər

Bağdad-Bakı reysi ilə gətirilən 866 qutu qəlyan tütünü gömrükdə aşkarlandı



Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının keçirdikləri kompleks əməliyyat və nəzarət tədbirləri nəticəsində gömrük qaydaları pozulmaqla ölkə ərazisinə gətirilən qəlyan tütünləri aşkar edilib.

Dövlət Gömrük Komitəsindən aia.az-a bildirilib ki, tədbirlər çərçivəsində Bağdad-Bakı aviareysi ilə gələn sərnişinlərin Hava Limanının ərazisində dayanan minik avtomobilinə müxtəlif bağlamalar qoyaraq ərazini tərk etdikləri müəyyən olunub.

Həmin nəqliyyat vasitəsinə keçirilən gömrük baxışı zamanı xarici ölkələrin hava limanlarında sərnişinlərə paylanaraq ölkə ərazisinə şəxsi istifadə adı altında gətirilən bağlamalardan üzərində Azərbaycan Respublikasına məxsus məcburi nişanlanma olmayan 866 qutu qəlyan tütünü aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-08-2026