877 qız uşaqlığını yaşamadan ana oldu – Həkim və psixoloqdan SOS
Tarix: 25-08-2026 | Saat: 22:18
Bölmə:Ölkə | çapa göndər

2025-ci ildə Azərbaycanda 18 yaşadək analar tərəfindən 877 uşaq dünyaya gətirilib. Rəqəm əvvəlki illə müqayisədə azalsa da, yeniyetmə yaşda analıq problemi hələ də gündəmdədir. Xüsusilə diqqət çəkən məqam odur ki, bu uşaqların 569-u kənd, 308-i isə şəhər yerlərində doğulub.
Bəs erkən nikahlar və yeniyetmə hamiləlikləri niyə hələ də problem olaraq qalır? 18 yaşına çatmamış qızın orqanizmi hamiləlik və doğuşa nə dərəcədə hazır olur? Belə hamiləliklər ana və körpənin sağlamlığı üçün hansı riskləri yaradır?
Məsələnin digər tərəfi isə yeniyetmə yaşda analığın sosial və psixoloji nəticələridir. Təhsilini davam etdirməli, sosial və şəxsi inkişafını formalaşdırmalı olan bir qızın erkən yaşda ana olması onun gələcəyinə necə təsir edir? Bəs öz psixoloji inkişafını tamamlamamış gənc ananın böyütdüyü uşağı hansı risklər gözləyə bilər?
Həkim-ginekoloq Rəşad Sultan mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:
"Yeniyetmə orqanizmi nə hamiləliyə, nə də doğuşa hazırdır. Həm anatomik, həm də fiziki ölçülər baxımından yanaşdıqda bu, bizim və elm dünyasının yekdil rəyidir. Nəticələrə və statistik göstəricilərə nəzər salsaq görərik ki, nəinki 18, hətta 20 yaşa qədər olan hamiləliklər çoxtərəfli risklər daşıyır və əksər hallarda vaxtından qabaq doğuşla nəticələnir. Vaxtından qabaq doğuşlar isə uşaqlarda xəstəlik və əlillik riskini artırmaqla yanaşı, bütün dünyada yeni doğulmuşların ölüm göstəricilərinin yüksəlməsində bir nömrəli səbəbdir. Deməli, 20 yaşdan əvvəlki hamiləlik və doğuşlar bilavasitə vaxtından qabaq doğuşlara zəmin yaradır. Ona görə də biz 20 yaşa qədər olan hamiləliklərin qətiyyətlə əleyhinəyik".
Həkim qeyd edib ki, bu hal yalnız yenidən doğulmuş uşaq üçün deyil, ana orqanizmi üçün də böyük təhlükə kəsb edir:
"Belə hallarda ana ölümü və hamiləlik patologiyalarının göstəriciləri kəskin şəkildə artır. Məhz bu səbəbdən tibb elmində, xüsusən ginekologiya və mamalıq sahəsində 20 yaşdan öncəki hamiləliklər yüksək riskli sayılır və qətiyyən məsləhət görülmür".
Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov da Musavat.com-a mövzu ilə bağlı danışıb:"Erkən nikah qəbuledilməzdir. Heç bir bəhanə, heç bir sosial səbəb uşağın uşaqlığını, təhsilini və gələcəyini əlindən almağa haqq qazandıra bilməz. Yeniyetmə yaşda analıq sadəcə sosial problem deyil, ciddi psixoloji riskdir. Öz psixoloji inkişafını hələ tamamlamamış bir qızın ana roluna məcbur edilməsi onun təhsilindən, sosial həyatından və şəxsi inkişafından uzaqlaşmasına, ağır emosional yük altında qalmasına səbəb ola bilər. Bunun nəticələri isə yalnız ananın həyatında qalmır".
Psixoterapevt qeyd edib ki, uşağı böyüdən insanın psixoloji yetkinliyi uşağın psixoloji inkişafına birbaşa təsir edir: "Öz emosiyalarını idarə edə bilməyən, sağlam sərhədlər qura bilməyən, məsuliyyət və ünsiyyət bacarıqları hələ formalaşmamış bir insanın böyütdüyü uşaq da emosional qeyri-sabitlik, güvənsizlik və davranış problemləri ilə üzləşə bilər. Məsələ gənc ananı günahlandırmaq deyil, uşağın sağlam psixoloji mühitdə böyümək haqqıdır.
Uşaq böyütmək üçün yalnız bioloji yaş kifayət etmir. Ana olmaq emosional yetkinlik, məsuliyyət və psixoloji hazırlıq tələb edir. Uşağın uşağı böyütməsi normal həyat modeli kimi təqdim edilə bilməz. Erkən nikahın qarşısının alınması yalnız qanunla məhdudlaşmamalıdır. Ailə, məktəb və cəmiyyət bu məsələdə daha ciddi mövqe tutmalıdır. Psixoloji maarifləndirmə artırılmalı, erkən nikahın nəticələri açıq və sərt şəkildə izah edilməlidir. Çünki burada söhbət sadəcə erkən nikahdan getmir. Bir uşağın gələcəyindən, başqa bir uşağın isə necə bir psixoloji mühitdə böyüyəcəyindən gedir. Uşaqlar böyüklərin səhvlərinin nəticəsini daşımaq məcburiyyətində qalmamalıdır".
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-08-2026