Mobil versiya
İsraildən HƏMAS-a ağır zərbə – Sinvarın keçmiş mühafizəçisi öldürüldü
Tarix: 27-08-2026 | Saat: 16:43
Bölmə:Özəl | çapa göndər

İsraildən HƏMAS-a ağır zərbə – Sinvarın keçmiş mühafizəçisi öldürüldü



İsrail ordusu Qəzza zolağının cənubunda keçirdiyi hava əməliyyatlarında HƏMAS-ın iki üzvünün öldürüldüyünü açıqlayıb. Əməliyyatların Xən Yunis yaxınlığında həyata keçirildiyi bildirilir.
ÇAXAL-ın məlumatına görə, zərbələrdən birində HƏMAS-ın “Nuxba” xüsusi təyinatlı qüvvələrinin üzvü Hazem Musa öldürülüb. İsrail tərəfi onun 7 oktyabr 2023-cü il hücumlarında iştirak etdiyini bildirir.
Digər hava zərbəsinin hədəfi isə Razek Sahil Suleyman Abu Şahma olub. İsrail ordusunun iddiasına görə, o, Reim hərbi bazasına hücumda iştirak edib və sonradan HƏMAS-ın keçmiş lideri Yəhya Sinvarın şəxsi mühafizəçisi kimi fəaliyyət göstərib.
İsrail tərəfinin açıqladığı bu məlumatlar HƏMAS tərəfindən hələlik ayrıca təsdiqlənməyib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-08-2026