Paşinyan-Putin görüşü gündəmdə: İrəvandan Moskvaya hansı mesaj gedir?
Tarix: 27-08-2026 | Saat: 17:14
Bölmə:Özəl | çapa göndər

Ermənistanın Baş naziri Nikol Paşinyanın yaxın günlərdə Rusiya Prezidenti Vladimir Putinlə görüşmək təşəbbüsü ilə çıxış etdiyi iddia olunur. Görüşün Bişkekdə keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində baş tuta biləcəyi bildirilir.
Blogger Mika Badalyan iddia edib ki, mümkün görüşün gündəliyində Ermənistandakı son siyasi proseslər, o cümlədən Robert Köçəryan və Samvel Karapetyan ətrafında yaranmış vəziyyət dayana bilər. Onun fikrincə, son həbslər Moskva-İrəvan münasibətlərində siyasi alətə çevrilə bilər.
Badalyan Köçəryanın mümkün Putin-Paşinyan görüşü barədə məlumatların ortaya çıxmasından sonra həbs edilməsini də təsadüfi saymır və bunu Paşinyanın danışıqlarda əlini gücləndirmək cəhdi kimi qiymətləndirir.
Lakin bunlar hələlik bloggerin irəli sürdüyü iddialardır. Putin-Paşinyan görüşünün keçiriləcəyi, eləcə də Köçəryan və Karapetyan məsələlərinin mümkün danışıqların predmeti olacağı barədə rəsmi təsdiq yoxdur.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-08-2026