Mobil versiya
Onlar “Sabah”la oynamaq üçün Bakıya gələcəklər
Tarix: 27-08-2026 | Saat: 21:17
Bölmə:İdman | çapa göndər

Onlar “Sabah”la oynamaq üçün Bakıya gələcəklər


Azərbaycan təmsilçisi “Sabah”ın UEFA Çempionlar Liqasının liqa mərhələsindəki rəqibləri bəlli olub.

“aia.az” xəbər verir ki, keçirilən püşkatma mərasiminin nəticələrinə əsasən, Masazır təmsilçisi doğma meydanda Kataloniya nəhəngi “Barselona”, Almaniyanın “Borussiya” (Dortmund), İtaliyanın “Napoli” və Çexiyanın “Slaviya Praqa” klublarını qəbul edəcək.

Təmsilçimizin səfərdəki rəqibləri isə İngiltərənin “Arsenal” və “Mançester Yunayted”, İspaniyanın “Vilyarreal” həmçinin Norveçin “Vikinq” komandaları olacaq.

Xatırladaq ki, komandamız avqustun 25-də UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda İsrailin “Hapoel” (Beer-Şeva) klubunu 5:2 (ümumi hesab 6:4) hesabı ilə məğlub edərək qitənin ən möhtəşəm turnirinin liqa mərhələsinə vəsiqə qazanıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-08-2026