Ağcabədidə qalmaqal: Meşəbəyi ağacları qıraraq öz fermasına su kanalı çəkib? - FOTO
Tarix: 30-08-2026 | Saat: 18:58
Bölmə:Ölkə | çapa göndər

Ağcabədi rayonunda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan meşə təsərrüfatı ərazisində ciddi özbaşınalıq və ekoloji cinayət törədildiyi iddia olunur.
Musavat.com-un redaksiyasına müraciət edən keçmiş meşə təsərrüfatı işçisi, rayon sakini Zəfər Hüseynov meşəlik ərazinin zəbt olunaraq şəxsi fermaya çevrildiyini bildirib.
Şikayətçinin sözlərinə görə, qanunsuzluqlar Ağcabədi rayonunun Taxtakörpü istiqamətinə gedən yolun sağında, Meşə İdarəsinin bilavasitə arxasında yerləşən dövlət meşə fondu torpaqlarında baş verir.
O qeyd edib ki, Meşə İdarəsinin gözətçisi Ramil adlı şəxs meşəlik ərazini qanunsuz zəbt edərək burada 100–200 başdan artıq iri və xırda mal-qara saxlayır və şəxsi fermasını genişləndirir:
"Meşə gözətçisi Ramil meşəlik ərazidə özünə iri ferma tikib. Həmin fermaya su kanalı çəkmək məqsədilə 20-yə yaxın sağlam ağacı ekskavatorla aşırıb məhv ediblər. Ərazidə iri su kanalı qazıblar ki, fərdi təsərrüfatındakı mal-qaraya su versinlər. Qanunla dövlətin meşə zolağında bu cür özbaşınalıq etmək, ağacları qırmaq və ferma saxlamaq qəti qadağandır".
Şikayətçi bildirib ki, bu qanunsuzluqlar Meşə İdarəsinin rəhbərliyinin bilavasitə nəzarəti və razılığı ilə həyata keçirilir. Onun sözlərinə görə, idarə rəhbərliyi meşəbəyilərdən illik və aylıq icarə haqqı adı altında vəsait toplayır:
"Bu işlərin başında Ağcabədi Meşə İdarəsinin müdiri Rövşən Camalxanov, müdir müavini Qismət Abbasov və həkim-mühəndis Oqtay Əliyev durur. Bütün pulları, illik icarə haqlarını toplayan əsas şəxs həkim-mühəndis Oqtaydır. Meşəbəyi Ramil də elə həmin idarə rəhbərliyinə pul ödəyərək bu şəraiti özünə yaradıb. Meşənin ortasında yüzdən çox mal-qara saxlanılır. Orada qanunsuzluq baş alıb gedir".
Məqalədə adı çəkilən şəxslərin və Ağcabədi Meşə İdarəsinin, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mövqeyini dərc etməyə hazırıq.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər