Mobil versiya
Nepalda ölənlərin sayı 734-ə çatdı
Tarix: 30-08-2026 | Saat: 10:00
Bölmə:Dünya | çapa göndər

Nepalda ölənlərin sayı 734-ə çatdı


Nepalda baş verən daşqınlar nəticəsində həlak olanların sayı 734 nəfərə çatıb.

“aia.az” xəbər verir ki, bu barədə “The Kathmandu Post” qəzeti ölkə hökumətinin məlumatlarına istinadən xəbər yayıb.

Məlumata görə, təbii fəlakətdən zərər çəkmiş rayonlarda 734 nəfərin meyti tapılıb. Daha 2 498 nəfər isə itkin düşmüş hesab olunur.

Qeyd edək ki, Nepal-Çin sərhədində baş verən buzlaq çökməsindən sonra yaranan güclü sel və daşqınlar genişmiqyaslı dağıntılara səbəb olub. Bölgədə axtarış-xilasetmə əməliyyatları davam edir. Fəlakət nəticəsində yaşayış məntəqələri, yollar, körpülər və enerji infrastrukturu ciddi zərər görüb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-08-2026