Göygöl rayonunda III Moruq və Aqrar Biznes Festivalları keçirilib
Tarix: 08-09-2026 | Saat: 14:40
Bölmə:Ölkə | çapa göndər

Göygöl rayonunun Keşkü kəndində Kənd Təsərrüfatı Nazirliyinin və Göygöl Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “III Moruq Festivalı” və “Aqrar Biznes Festivalı” keçirilib.
Tədbirdə dövlət qurumlarının nümayəndələri, aqrar sahədə fəaliyyət göstərən şirkətlər, fermerlər, kənd təsərrüfatı məhsulları istehsalçıları və rayon sakinləri iştirak ediblər. Festivalın əsas məqsədi Göygöl rayonunda moruqçuluğun və digər kənd təsərrüfatı sahələrinin inkişafına dəstək göstərmək, yerli istehsalçıların məhsullarının tanıdılması və satış imkanlarının genişləndirilməsi, fermerlərlə aqrar sahədə fəaliyyət göstərən dövlət qurumları və özəl şirkətlər arasında əlaqələrin gücləndirilməsidir.
Festivalda yerli fermerlərin yetişdirdiyi moruq məhsulları, eləcə də moruqdan hazırlanmış müxtəlif məhsullar sərgilənib və ziyarətçilərə təqdim olunub. Festival iştirakçıları rayonun kənd təsərrüfatı və qida məhsulları, milli mətbəx nümunələri və müxtəlif əl işləri ilə tanış olublar.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov ölkədə kənd təsərrüfatının prioritet sahə olduğunu, dövlət tərəfindən təqdim olunan dəstək mexanizmlərinin bu sahənin davamlı inkişafına şərait yaratdığını bildirib. O, festivalın həm aqrar, həm də turizm sahəsinin inkişafına xidmət etdiyini vurğulayıb.
Kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli kənd təsərrüfatının inkişafı, fermerlərin fəaliyyətinin stimullaşdırılması və aqrar sahədə müasir yanaşmaların tətbiqinin əhəmiyyətindən danışıb. Bildirib ki, belə festivallar yerli istehsalçıların məhsullarının tanıdılması, onların yeni bazarlara çıxış imkanlarının genişləndirilməsi və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlar arasında əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov festival və sərgilərin xüsusilə meyvə və giləmeyvə istehsalı və ixracı üçün böyük əhəmiyyət daşıdığını, bu cür tədbirlər fermerlərin birbaşa satış imkanlarını artırmaqla yanaşı, fəaliyyətlərini genişləndirmələrinə dəstək verdiyini diqqətə çatdırıb.
Digər çıxış edənlər moruqçuluq sahəsində mövcud imkanlar və bu istiqamətdə həyata keçirilən layihələrin əhəmiyyətindən söz açıblar.
Aqrar Biznes Festivalı çərçivəsində fermer və sahibkarlar üçün müxtəlif dövlət dəstəyi mexanizmləri, maliyyələşmə və sığorta imkanları, kənd təsərrüfatı texnikası, innovativ texnologiyalar, toxum və tinglər, gübrələr və bitki mühafizə vasitələri barədə məlumatlar təqdim olunub. İştirakçılar dövlət qurumlarının və özəl şirkətlərin nümayəndələri ilə birbaşa əlaqə yaratmaq, onları maraqlandıran məsələlərlə bağlı müvafiq mütəxəssislərə müraciət etmək imkanı əldə ediblər.
Festival çərçivəsində “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-030-cu illər üçün Dövlət Proqramı”nın əsas hədəflərini və istiqamətlərini əks etdirən posterlər sərgilənib və proqramın əsas istiqamətləri barədə məlumat verilib.

Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
08-09-2026