Mobil versiya
İnvestisiya Holdinqinin Baş icraçı direktoru işdən çıxarıldı
Tarix: 08-09-2026 | Saat: 12:29
Bölmə:Manşet / Gündəm | çapa göndər

İnvestisiya Holdinqinin Baş icraçı direktoru işdən çıxarıldı

Azərbaycan Respublikasının Baş naziri və AİH-in Müşahidə Şurasının sədri Əli Əsədov tərəfindən Holdinqin İdarə Heyətinin Sədrinin təqdimatına əsasən Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru və İdarə Heyətinin üzvü Ruslan Əlixanovun vəzifəsindən azad olunması barədə qərar qəbul olunub.

aia.az xəbər verir ki, Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun vəzifəsinin icrası müvəqqəti olaraq Baş İcraçı direktorun müavini Dəyanət Sədullayevə həvalə olunub.

Qərardan irəli gələrək Holdinqin İdarə Heyətinə müvafiq tapşırıqlar verilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-09-2026