Mobil versiya
İqtisadi Şuranın iclası keçirildi
Tarix: 11-09-2026 | Saat: 16:23
Bölmə:İqtisadiyyat | çapa göndər

İqtisadi Şuranın iclası keçirildi

Bu gün Baş naziri Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində cari iqtisadi vəziyyət və 2026-2030-cu illər üzrə yenilənmiş makroiqtisadi proqnozlar, 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin proqnoz layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, 2027-2030-cu illərdə büdcə siyasətinin əsas məqsəd və hədəfləri, Ortamüddətli Xərclər Çərçivəsi, maliyyə-bank sektorunda cari vəziyyət və siyasət istiqamətləri və digər məsələlər ətraflı müzakirə olunub.

aia.az xəbər verir ki, iclasda iqtisadiyyat naziri Mikayıl Cabbarovun, maliyyə naziri Sahil Babayevin və Mərkəzi Bankın sədri Taleh Kazımovun məruzələri dinlənilib.

Təqdim olunan gündəliyə dair İqtisadi Şuranın üzvləri və iclasa dəvət olunanlar tərəfindən müzakirələr aparılıb.

İclasın yekununda İqtisadi Şuranın üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla 2027-cı ilin büdcə zərfinə daxil olan bütün sənəd və məlumatların Nazirlər Kabinetinə təqdim olunması ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
11-09-2026