Mobil versiya
İmamoğluya HÖKM OXUNDU
Tarix: 11-09-2026 | Saat: 16:47
Bölmə:Dünya | çapa göndər

İmamoğluya

İstanbul bələdiyyəsinin həbsdə olan sabiq sədri Ekrem İmamoğlu Tuzla bələdiyyəsinin keçmiş rəhbəri Şadi Yazıcıya qarşı təhqiramiz ifadələr işlətməkdə təqsirli bilinərək 2 il 1 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

aia.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Məhkəmə işinin mahiyyəti üzrə rəyini bildirən prokuror İmamoğlunun irəli sürülən ittiham əsasında 3 ay 15 gündən 2 il 4 aya qədər həbs cəzasına məhkum edilməsini istəyib.

Müdafiə çıxışlarından sonra məhkəmə yekun qərarını elan edib.

Məhkəmənin çıxardığı bu hökm apellyasiya mərhələsində ləğv edilməzsə, İmamoğlu barəsindəki "siyasi qadağa" qərarı tam qətiləşəcək və İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyi üçün məclis üzvləri arasında yenidən seçki keçiriləcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
11-09-2026