Mobil versiya
Macarıstan hökuməti Britaniya Kralına hədiyyə olunan atları geri istəyib
Tarix: 13-09-2026 | Saat: 12:00
Bölmə:Dünya | çapa göndər

Macarıstan hökuməti Britaniya Kralına hədiyyə olunan atları geri istəyib


Macarıstan səhvən Böyük Britaniya Kralı III Çarlzdan 2024-cü ildə ona hədiyyə edilmiş iki Lipizzaner atını geri qaytarmağı tələb edib.

aia.az "The Telegraph" qəzetinə istinadən xəbər verir ki, iyul ayında Bukinhem Sarayı Macarıstan Kənd Təsərrüfatı Nazirliyindən atların gətirildiyi fermaya qaytarılmasını tələb edən məktub alıb. Qəzetin məlumatına görə, Macarıstan hakimiyyəti daha sonra tələbin inzibati səhvin nəticəsi olduğunu etiraf edib.

Böyük Britaniyadakı Macarıstan səfirliyi qəzetə bildirib ki, atlar "əvvəlcə nəzərdə tutulduğu kimi" Birləşmiş Krallıqda qalacaq. "The Telegraph" həmçinin qeyd edib ki, Macarıstan Kənd Təsərrüfatı Nazirliyi məktubun göndərildiyini təsdiqləyib, lakin onun ifadəsinin "dəqiq olmadığını" aydınlaşdırıb.

Qeyd edək ki, keçmiş baş nazir Viktor Orbanın rəhbərlik etdiyi Macarıstan hökuməti tərəfindən III Çarla Nelson və İveko adlı iki at onun taxta çıxması münasibətilə hədiyyə edilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-09-2026