Paşinyan niyə özünü Göyçə gölünə atdı - Şuşada yallı gedən baş nazir nəyə işarə edir?
Tarix: 12-09-2026 | Saat: 22:50
Bölmə:Dünya | çapa göndər

Nikol Paşinyan ilin bu vədəsində özünü Göyçə gölünə atdı. Maraqlıdır, Emmanuel Makron Parisdə Ermənistanın baş nazirinə nə demişdi ki, Fransadan qayıtdıqdan sonra Göyçəyə baş vurmağa qərar verib?..
Bəlkə Fransa Prezidenti Nikol Paşinyana 1918-1920-ci illərin xəritələrini xatırladıb? Yeri gəlmişkən, Paşinyanın Parisdə olarkən sosial şəbəkədəki şəxsi profilində paylaşımlar etmişdi. Biz də 1920-ci ildə Fransa qəzetində Qərbi Zəngəzurun Azərbaycandan qoparılaraq Ermənistana verilməsindən bəhs edən xəbərin surətini onun səhifəsinə göndərmişdik. O iddiada deyilik ki, həmin paylaşım Nikol Paşinyanı həyəcanlandırıb. Amma istisna deyil ki, Fransadakı müzakirələrdə hansısa digər uzağa gedən bir gedişatdan da bəhs olunub. Çünki biz Fransa Prezidentinin hakimiyyətdə olduğu müddətdə Azərbaycana qarşı əsassız iddialarla çıxış etdiyini görmüşük.
O da istisna deyil ki, Göyçə gölü ilə tarixi həqiqətlərdən də bəhs olunub və Paşinyan üçün sərin Göyçə gölü müalicəvi əhəmiyyət kəsb edib. Nikol Paşinyan Göyçə gölünə girməklə sanki “Bu göl mənimdir, dədə-babamdan qalıb” mesajını vermək istəyib.
Düzdür, Paşinyan ənənəvi qaydada yenə də “Sevan”dan bəhs edib. Amma unutmamalıdır ki, Azərbaycan Prezidenti Elmlər Akademiyasının 80 illik yubiley tədbirindəki çıxışı zamanı xatırlatmışdı ki, bu gölün adı “Sevan” yox, Göyçədir! Yəni tarixi həqiqəti olduğu kimi dilə gətirməyə borcludur. Prezident İlham Əliyevin həmin tarixi fikirlərini bir daha xatırladaq: “Təkcə XX əsrin əvvəllərində Çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir hər kəs görsün ki, indiki Ermənistan ərazisində toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. O xəritələrdə Sevan gölü adlı göl yoxdur. O xəritələrdə Göyçə gölüdür və bütün digər bizim istifadə etdiyimiz tarixi toponimlərimiz orada öz əksini tapıb. O xəritələri biz tərtib etməmişik ki, kimsə desin biz burada saxtakarlıq eləyirik. Bunu Çar Rusiyası edib. Həmin o Çar Rusiyası ki, vaxtilə erməniləri İrandan və Şərqi Anadoludan gətirərək bizim Qarabağ torpağında yerləşdirib ki, burada etnik və dini tərkib dəyişsin. Yəni, bu xəritələr tamamilə tarixi həqiqətə əsaslanan xəritələrdir. Ona görə biz bunu təbliğ etməliyik, tədqiq etməliyik”.
“Real Ermənistan” qurmaq istəyən Nikol Paşinyan necə ki, bu günlərdə artıq Kərki kəndini öz adı ilə çağırmağa başlayıb, eyni zamanda Qarabağla bağlı ənənəvi yarlıqları bir kənara qoyub. Toponimlərimizə münasibətdə korrekt olarsa, ziyan görməz!
Paşinyanın Göyçədə üzməsi onun vaxtilə Şuşada rəqs etməsini, yallı getməsini xatırlatdı. O zaman Paşinyan Şuşada içkinin təsiri altında rəqs etmişdi. Bir müddət sonra nələr baş verdi, hər kəs bunun şahidi oldu...
Azərbaycan dövləti prinsipial olaraq mövqeyini bəyan edib. Həm Vaşinqton razılaşmasında, həm ondan əvvəl, həm də sonrakı dövrdə birmənalı şəkildə bildirilib ki, Azərbaycan üçün artıq müharibə geridə qalıb və Ermənistanla sülh razılaşmalarına əməl olunacaq. Təbii ki, Azərbaycana qarşı hansısa xain plan işə salınmazsa. Amma Azərbaycan üçün Qərbi azərbaycanlıların öz yerinə, yurduna qaytarılması da prinsipial məsələ olaraq qalmaqdadır. Dövlətimizin başçısı Qərbi Azərbaycan İcmasında bildirmişdi ki, Qərbi Azərbaycandan deportasiya olunmuş yüz minlərlə azərbaycanlının öz yurd-yuvasına, doğma ocaqlarına qayıtması və onların ləyaqətli şəkildə qayıdışının təmin olunması Azərbaycan dövləti üçün prinsipial məsələdir.
Azərbaycanlıların kütləvi deportasiyası ilə bağlı keçmiş prezident Levon Ter-Petrosyanın 1993-cü ildə Ağdamın işğalından sonra dilə gətirdiyi etiraflar da bəllidir və bu, Ermənistanın keçmiş hakimiyyətinin nə qədər böyük cinayətə imza atmasının təsdiqidir.
Eyni zamanda beynəlxalq hüquq da azərbaycanlıların öz doğma torpaqlarına qayıdışına “yaşıl işıq” yandırır. Ermənistan hakimiyyəti Göyçə gölünün sahilləri də daxil olmaqla, Qərbi azərbaycanlıların öz torpaqlarına qayıdışına maneələri ortadan qaldırmalıdır. Bu, həm də sülhü yaxınlaşdırar və gələcəkdə tarixi ədavətə son qoyulmasına yönəlmiş qətiyyətli addımların atılmasına imkan yaradar. Və bu reinteqrasiya şəraitində həm də bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasına daha sürətli şəkildə nail olmaq imkanı əldə oluna bilər.
Bu mənada bəlkə elə Nikol Paşinyan da “Sevan” adlandırdığı Göyçəyə baş vurmaqla erməni revanşistlərin hansısa iddialarına qarşı mövqe nümayiş etdirməyə cəhd göstərib. Amma belədirsə, ciddi şəkildə yanlışlığa yol verib. Göyçədə üzməklə Qərbi Azərbaycanlıların öz yurduna qayıdışını əngəlləmək olmaz! Lap istəyir Paşinyan göyə çıxsın, Qərbi Azərbaycan sakinləri öz doğma el-oblalarına qayıdacaqlar!
Hər halda Qərbi azərbaycanlıların qarşısının alınmasına yönəlmiş mənasız cəhdlər elə vaxtilə Qarabağın və Şərqi Zəngəzurun işğalına son verilməyəcəyi barədə avantürist bəyanatlara bənzəyir. Necə ki, vaxtilə “Qarabağ Ermənistandır” deyən Ermənistanın baş naziri sonrakı dövrlərdə, 44 günlük Vətən müharibəsindən sonra birmənalı şəkildə bəyan edir ki, nəinki Qarabağın, hətta Kərki kəndinin belə Ermənistan ərazisinə aidiyyəti yoxdur. Bu mənada daha realist olmaqdan yalnız və yalnız fayda var.
Azərbaycan Xalq Cümhuriyyətinin 114 min kvadratkilometrə yaxın əraziyə sahib olduğunu Paris Sülh Konfransında da təsdiqləmişdilər. 1920-ci il yanvarın 11-də Azərbaycan Xalq Cümhuriyyətinin de-fakto müstəqilliyi tanınanda da ortaya qoyulan xəritədə məhz Azərbaycan ərazilərinin dəqiq istiqaməti göstərilmişdi. Hətta Parisdə təsdiqlənən xəritələrə əsasən, Göyçə gölünün üçdə iki hissəsi Azərbaycan ərazisi olaraq tanınırdı və qəbul olunurdu. Paşinyan hərdən o xəritələri qarşısına qoyub, ciddi şəkildə düşünsə, yaxşıdır. “Dənizdən – dənizə Ermənistan” xəyalları puça çıxanlar Göyçə gölündə üzməklə də heç nəyə nail ola bilməyəcəklər! Paşinyan soyuq Göyçə suyu ilə ehtiyatlı olsa, yaxşıdır: ən azı sətəlcəm olar! Vaxtilə Azərbaycanın digər əraziləri ilə bağlı bənzər sərt ritorika Ermənistanı zəlil günə qoyduğu kimi, bu gün də tarixi Azərbaycan əraziləri ilə bağlı qırmızı xətti – həm də Göyçənin Azərbaycan hissəsində üzməsi – Paşinyana baha başa gələ bilər.
Bu arada, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin müşayiəti ilə ölkəmizdəki diplomatik korpusun təmsilçilərinin, böyük heyətin Şərqi Zəngəzura və Qarabağa səfərləri də heç şübhəsiz ki, Ermənistan rəhbərliyinə ağır psixoloji təsir edib. Bu gün diplomatik korpusun təmsilçiləri Qarabağdakı tarixi alban məbədlərində də olublar. Vaxtilə Ağdərədəki və Kəlbəcərdəki alban məbədlərinə ermənilər özlərinin aid olduğunu iddia edərək, ziyarət şouları təşkil edirdilər…
Prezidentin köməkçisi Hikmət Hacıyev Ağdərə məbədində erməni saxtakarlıqlarını növbəti dəfə ifşa etdi. Saxtakar tarixlərinə dair ortaya hansısa qondarma nümunə qoya bilməyən ermənilər məbəddə ağ vərəqləri olan “kitablar” saxlayırmışlar. Yazmaq üçün gərək gerçək tarix olsun. Yoxdur axı…Elə bir saxtakarlıq idi ki, diplomatlar da qəhqəhə çəkib güldülər. Gülənlər içərisində ermənilərin dostları da var idi…Kəlbəcər suyundan dadan, Kəlbəcərdə bal festivalında iştirak edən və bu bölgədəki quruculuq işlərinə şahid olan diplomatların Şuşada yallı getməsi də Ermənistan rəhbərliyinin sinəsinə dağ çəkdi. Hikmət Hacıyevin İran səfirini Kəlbəcərin mineral suyuna qonaq eləməsi, Azərbaycan və İran prezidentlərinin Bişkekdə Kəlbəcər suyu içməsini xatrlatması da unikal məqam idi. Vaxtilə Şuşada yallı gedən, Kəlbəcər suyunu “Cermux” adı ilə daşıyıb satan ermənilər çatlamasın, neyləsin?! Amma çıxış yolu Göyçəyə baş vurmaq deyil…Elşad PAŞASOY
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
12-09-2026