Mobil versiya
Ərdoğandan Salaha sürpriz DƏVƏT
Tarix: 12-09-2026 | Saat: 13:33
Bölmə:Dünya | çapa göndər

Ərdoğandan Salaha sürpriz DƏVƏT


"Trabzonspor" klubunun prezidenti Ərtuğrul Doğan və rəhbərlik heyətinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüşün diqqətçəkən detalları üzə çıxıb.

Dolmabahçe sarayında baş tutan qəbulda futbola xüsusi marağı ilə seçilən Prezident Ərdoğan misirli ulduz futbolçu Məhəmməd Salah haqqında maraqlanıb.

Klub rəhbəri Ərtuğrul Doğan misirli futbolçunun şəxsən Türkiyə dövlət başçısı ilə tanış olmaq arzusu olduğunu bildirib.

Bu xahişə müsbət reaksiya verən Rəcəb Tayyib Ərdoğan görüşün ən qısa zamanda təşkil edilməsi üçün köməkçilərinə tapşırıq verib.

İş qrafikinin sıxlığına uyğun olaraq tənzimlənəcək qəbulun Ankaradakı Prezident Sarayında ("Külliyə"də) keçirilməsi planlaşdırılır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-09-2026