Mobil versiya
Yoxa çıxan gəmidəkilərdən 103 nəfəri xilas edildi - 140-ı itkindir - Yenilənib
Tarix: 13-09-2026 | Saat: 12:16
Bölmə:Dünya | çapa göndər

Yoxa çıxan gəmidəkilərdən 103 nəfəri xilas edildi -


İndoneziyada göyərtəsində 243 sərnişin və heyət üzvünün olduğu sərnişin gəmisi ilə əlaqə kəsilib.

“aia.az” “Reuters”ə istinadən xəbər verir ki, gəmi Şərqi Yava əyalətinin Surabaya şəhərindən Cənubi Kalimantan əyalətindəki Banjarmasin şəhərinə doğru hərəkət edib.

Ölkənin axtarış-xilasetmə agentliyi “Virgo Transport 8” gəmisi ilə əlaqənin kəsildiyini açıqlayıb. Hadisədən sonra gəminin tapılması üçün axtarış-xilasetmə əməliyyatına başlanılıb.

Axtarış və Xilasetmə İdarəsinin rəhbəri Putu Sudayana bildirib ki, məlumat daxil olduqdan dərhal sonra əməkdaşlar və xilasetmə gəmisi onun son məlum olduğu əraziyə göndərilib.

***

Yava dənizində 243 sərnişin və heyət üzvünü daşıyan “Virgo Transport 8” gəmisində olan 103 nəfər müxtəlif gəmilərin köməyi ilə təxliyə edilib.

Xilas edilənlərdən biri həyatını itirib. Hazırda 140 nəfərin axtarışı davam edir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-09-2026