Mobil versiya
Tıxaca görə dərsə gecikən ADNSU tələbələrinə güzəşt olacaq?
Tarix: 16-09-2026 | Saat: 11:32
Bölmə:Təhsil | çapa göndər

Tıxaca görə dərsə gecikən ADNSU tələbələrinə güzəşt olacaq?

"Formula 1" yarışı, şəhərdə aparılan təmir işləri və metroda həyata keçirilən yenilənmə işləri səbəbindən Bakıda nəqliyyatın hərəkətində müəyyən çətinliklərin yaranacağı gözlənilir.Sosial şəbəkələrdə yayılan məlumata görə, bu səbəbdən tələbələrin özlərindən asılı olmayan hallarda dərslərə gecikməsi ADNSU tərəfindən nəzərə alınacaq.

aia.az xəbər verir ki, "Bakupost" xəbəri dəqiqləşdirmək üçün Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə əlaqə saxlayıb.

Universitetdən bildirilib ki, "Adnsu.telebeleri" adlı instaqram səhifəsi ADNSU-nun rəsmi hesabı deyil. Bununla yanaşı, ADNSU-dan qeyd olunub ki, qarşıdakı günlərdə nəqliyyat sıxlığı səbəbindən dərslərə gecikən tələbələrin bu halı nəzərə alınacaq:

" "Formula 1" yarışı başlayacaq. Digər tərəfdən, metronun "Nizami"dən "28 May"a qədər olan hissəsində təmir prosesi gedir. Ümumilikdə bütün bu amilləri nəzərə alaraq nəqliyyat sıxlığı səbəbindən tələbələrin dərslərə gecikməsi kimi hallar nəzərə alınacaq. Bu, qısa müddətlikdir".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-09-2026