Mobil versiya
Azərbaycanda bu bələdiyyələrin adlarının dəyişdirilməsi təklif olunur
Tarix: 16-09-2026 | Saat: 11:03
Bölmə:Parlament | çapa göndər

Azərbaycanda bu bələdiyyələrin adlarının dəyişdirilməsi təklif olunur

Qubada iki bələdiyyənin adı dəyişdiriləcək.

aia.az xəbər verir ki, bu, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə - “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, Timiryazev-Alekseyevka bələdiyyəsinin adının Bəhrəli-Çinarlı, Vladimirovka bələdiyyəsinin isə Elbir adlandırılması təklif olunur.

Xatırladaq ki, bu il mayın 12-də Milli Məclis Quba rayonunun bir sıra ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında qanun qəbul edib. Qanuna əsasən, rayonun Alekseyevka kənd inzibati ərazi dairəsi tərkibindəki Alekseyevka kəndi Çinarlı kəndi, Timiryazev kəndi Bəhrəli kəndi adlandırılıb. Alekseyevka kənd inzibati ərazi dairəsi isə Çinarlı kənd inzibati ərazi dairəsi hesab edilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-09-2026