Aİ Orta Dəhlizə milyardlarla sərmayə yatıracaq – Azərbaycanın götürəcəyi QAZANC
Tarix: 16-09-2026 | Saat: 22:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Avropa İttifaqı (Aİ) Cənubi Qafqaz və Mərkəzi Asiyanı Avropa bazarı ilə birbaşa bağlamalı olan Orta Dəhlizin inkişafı üçün 12 milyard avroyadək investisiya cəlb etməyi planlaşdırır. Bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Avropa Parlamentində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, təşkilat layihəyə 12 milyard avroya qədər dövlət və özəl investisiyaları cəlb etmək üçün “Global Gateway” təşəbbüsündən istifadə etmək niyyətindədir: “Məqsədimiz marşrutları şaxələndirmək, ticarət axınlarını üç dəfə artırmaq və 2030-cu ilə qədər yüklərin tranzit vaxtını kəskin şəkildə azaltmaqdır” (Report).
Şübhəsiz ki, Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki münaqişələr fonunda Orta Dəhliz üzrə yük axınının artması bu marşrutun əhəmiyyətini daha da artırıb. Bu günlərdə “Moody”s beynəlxalq reytinq agentliyində dərc olunan məqalədə Hörmüz boğazında gəmiçiliklə bağlı risklərin alternativ enerji və ticarət dəhlizlərinin, o cümlədən Xəzər regionu və Cənubi Qafqazdan keçən marşrutların aktuallığını artırdığı bildirilib.
Milli Məclisin deputatı Vüqar Bayramov Musavat.com-a açıqlamasında deyib ki, Azərbaycan Orta Dəhlizi dəstəkləyən ölkələrdəndir: “Xüsusilə həm İran, həm də Rusiyaya qarşı sanksiyalar fonunda Aİ-nin Orta Dəhlizə marağının artması müşahidə olunur. Nəzərə almaq lazımdır ki, əgər əvvəllər Aİ-nin Orta Dəhlizə münasibəti Çin faktoruna görə birmənalı deyildisə, artıq Brüssel bu layihəni dəstəkləyir.
Sözsüz ki, Orta Dəhlizin genişləndirilməsi Azərbaycanın maraqlarına uyğundur. Azərbaycan tranzit gəlirləri əldə edən dövlətlərdən biridir. Cənubi Qafqazda sülhün əldə olunması, əməkdaşlıq platforması Orta Dəhlizlə daşınan yüklərin həcminə birbaşa təsir göstərir. 12 milyard avroya qədər dövlət və özəl investisiyalarının cəlb edilməsi Cənubi Qafqazın, o cümlədən Azərbaycanın tranzit imkanlarını artıracaq. Bu, Azərbaycanın dövlət gəlirlərinin arıtması baxımından da vacibdir çünki beynəlxalq yükdaşımalar qeyri-neft üzrə daxilolmalarda əsas istiqamətlərdən biridir.
Orta Dəhlizə nə qədər çox investisiya qoyulursa, bu, nəticə etibarilə, dəhliz vasitəsilə daşınan yüklərin həcminin artmasına, eyni zamanda, Azərbaycanın yükdaşımalardan daha çox gəlir əldə etməsinə imkan yaradır. Odur ki, Azərbaycan üçün birmənalı şəkildə beynəlxalq yükdaşımaların dəstəklənməsi, eyni zamanda, infrastrukturun inkişaf etdirilməsi prioritetdir. Ələt limanı Xəzər hövzəsinin ən böyük limanıdır. Digər tərəfdən biz elektronlaşmanın gücləndirilməsini müşahidə edirik. Bütün bunlar Azərbaycanın regional nəqliyyat və logistika habına çevrilməsinə imkan yaradacaq”.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-09-2026