Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin payız sessiyasında ilk iclası keçirilib -Fotolar
Tarix: 16-09-2026 | Saat: 18:52
Bölmə:Karusel / Siyasət / Parlament | çapa göndər

Sentyabrın 16-da Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2026-cı ilin payız sessiyasında ilk iclası keçirilib.
Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
İclası açan komitə sədri Arzu Nağıyev Azərbaycanda həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyimizin etibarlı təmin olunması istiqamətində əldə edilmiş mühüm nəticələrdən danışıb. O, qeyd edib ki, bu gün Azərbaycan regionda öz milli maraqlarını müstəqil şəkildə təmin edən, təhlükəsizliyini etibarlı şəkildə qoruyan və qarşıya qoyduğu strateji məqsədlərə ardıcıl şəkildə nail olan dövlət kimi çıxış edir. Vurğulayıb ki, qarşıda duran əsas vəzifələrdən biri əldə edilmiş bu nəticələrin qorunması və ölkəmizin müdafiə qabiliyyətinin müasir çağırışlara uyğun daha da gücləndirilməsidir.
Arzu Nağıyev bu siyasətə uyğun olaraq parlamentin və komitənin qarşıdakı sessiyada da dövlətin təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edən qanunvericilik fəaliyyətini uğurla davam etdirəcəyinə əminliyini bildirib.
Gündəliyi təqdim edən komitə sədri müzakirəyə 4 məsələnin çıxarıldığını deyib.
O, əvvəlcə 2026-cı ilin yaz və növbədənkənar sessiyaları dövründə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində görülən işlər barədə hesabatı təqdim edib. Məlumat verilib ki, sessiya dövründə komitənin 11 iclası keçirilib və 17 məsələyə baxılıb. Qeyd olunub ki, yaz və növbədənkənar sessiyalar dövründə komitədə 7 qanun layihəsi müzakirə olunub.
Bildirilib ki, 2026-cı ilin yaz və növbədənkənar sessiyaları dövründə vətəndaşlardan, idarə və təşkilatlardan daxil olmuş 150 ərizə və məktub, digər müxtəlif xarakterli sənədlərə komitədə baxılıb, onlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər həyata keçirilib. Komitə sədri deyib ki, ötən sessiya müddətində seçicilərlə həm Milli Məclisdə, həm də yerlərdə mütəmadi görüşlər keçirilib, onların müraciətləri dinlənilib, qaldırılan məsələlərlə bağlı müvafiq işlər görülüb. Bundan başqa komitə sədri və üzvləri həm xaricdə, həm də parlamentdə beynəlxalq tədbirlərdə və görüşlərdə fəal iştirak ediblər, Azərbaycan dövlətçiliyinin inkişafı, suverenliyimizin möhkəmləndirilməsi istiqamətində ictimai-siyasi həyatda aktiv mövqe nümayiş etdiriblər.
Daha sonra Arzu Nağıyev Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2026-cı ilin payız sessiyası üçün iş planının layihəsini təqdim edib. O bildirib ki, növbəti sessiyada əsasən büdcə məsələləri müzakirə ediləcək, təqdim olunmuş qanun layihələrinə baxılacaq, həmçinin komitənin səlahiyyət dairəsinə daxil olan mövzular üzrə müzakirələrin təşkili və digər məsələlər nəzərdə tutulub.
Komitə sədri gündəliyin üçüncü məsələsi olan “Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsi ilə bağlı diqqətə çatdırıb ki, sənəd 2026-cı il iyulun 8-də Bakı şəhərində imzalanıb. Saziş 17 maddədən ibarətdir. Sənədin məqsədi tərəflər arasında mübadilə edilən və ya yaradılan məxfi məlumatların mühafizəsini təmin etməkdir.
Sonuncu məsələ - “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı bildirilib ki, sənəd hərbi qulluqçuların hərbi rütbədə olma müddətlərində onların təhsil və elmi fəaliyyətinin nəzərə alınması ilə bağlı məsələləri əhatə edir.
Müzakirələr zamanı komitə sədrinin müavini Qüdrət Həsənquliyev, komitə üzvləri Hikmət Məmmədov, Səbinə Salmanova, Gülşən Paşayeva, Aqil Abbasov çıxış ediblər, təqdim olunan sənədlər barədə öz fikir və qeydlərini açıqlayıblar.
İclasda komitənin ötən sessiyada görülmüş işlər barədə hesabatı məqbul hesab olunub, payız sessiyası üçün iş planının layihəsi təsdiqlənib və gündəlikdəki qanun layihələri Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.
Tədbirdə komitə üzvləri Kamal Cəfərov, Azər Kərimli, Aydın Mirzəzadə, Qaya Məmmədov, Ramid Namazov, Rizvan Nəbiyev, Mahir Süleymanlı, Samir Vəliyev, Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid və digər rəsmi şəxslər iştirak ediblər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-09-2026