Hərbi Zəfərdən yeni diplomatik qələbələrə
Tarix: 17-09-2026 | Saat: 13:41
Bölmə:Manşet / Siyasət | çapa göndər

Tarixdə elə günlər var ki, onların mahiyyəti xalqın uzunmüddətli mübarizəsinin nəticəsini və gələcəyə açılan yeni yolun başlanğıcını ifadə edir. Dövlət Suverenliyi Günü kimi qeyd olunan 20 sentyabr tarixi xalqımızın müstəqil dövlətçilik iradəsinin, milli birliyinin və ərazi bütövlüyü uğrunda mübarizəsinin məntiqi nəticəsini özündə əks etdirir.
Müstəqilliyin ilk illərində ölkənin üzləşdiyi ağır siyasi böhran dövlətçiliyimizi ciddi təhlükələrlə üz-üzə qoymuşdu. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərinin işğal edilməsi bu çətinlikləri daha da ağırlaşdırdı. Torpaqlarımızın işğalı 1 milyondan çox insanın doğma yurdlarından didərgin salınması, yaşayış məntəqələrinin dağıdılması, tarixi-mədəni irsin məhv edilməsi və Azərbaycanın suveren hüquqlarının pozulması demək idi. Belə mürəkkəb şəraitdə Azərbaycan dövlətçiliyinin qorunması və möhkəmləndirilməsi həyati əhəmiyyət daşıyırdı. Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə ölkədə dövlət idarəçiliyinin əsasları möhkəmləndirildi, ictimai-siyasi sabitlik təmin edildi, milli maraqlara əsaslanan inkişaf xətti müəyyənləşdirildi. Azərbaycan tədricən iqtisadi və siyasi imkanlarını artıraraq işğal probleminin həlli üçün də güclü baza formalaşdırdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasət yeni mərhələdə ardıcıl şəkildə davam etdirildi. Ölkənin iqtisadi qüdrətinin artırılması, ordunun müasir standartlar əsasında yenidən qurulması, Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi və milli həmrəyliyin gücləndirilməsi qarşıya qoyulan strateji məqsədlərə çatmaq üçün mühüm imkanlar yaratdı.
2020-ci ilin 44 günlük Vətən müharibəsi Azərbaycanın dövlətçilik tarixində dönüş yaradan hadisəyə çevrildi. Azərbaycan Ordusunun döyüş meydanında qazandığı Qələbə nəticəsində işğal altında olan ərazilərimizin böyük hissəsi azad edildi. Şuşanın azad olunması ilə hərbi-siyasi vəziyyət Azərbaycanın xeyrinə köklü şəkildə dəyişdi. Kəlbəcər, Ağdam və Laçın rayonlarının işğaldan azad edilməsi isə Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm nəticələr yaratdı. Qarabağda separatçı rejimin mövcudluğunun davam etməsi Azərbaycanın öz ərazisi üzərində tam hakimiyyətinin bərpasına mane olurdu. Azərbaycan dövləti bu reallığı qəbul etmədi və öz ərazisində qanunsuz silahlı qüvvələrin mövcudluğuna son qoyulması istiqamətində ardıcıl addımlar atdı.
2023-cü il aprelin 23-də Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradılması bu istiqamətdə mühüm siyasi və praktiki addım oldu. Azərbaycan bununla öz dövlət sərhədinə nəzarət etdiyini, ərazisində təhlükəsizliyi və qanunun aliliyini təmin etmək hüququna malik olduğunu bir daha nümayiş etdirdi.
Həmin ilin sentyabrında baş verən hadisələr isə Azərbaycanın dövlət suverenliyinin tam bərpası ilə nəticələndi. Sentyabrın 19-da Qarabağ iqtisadi rayonunda genişmiqyaslı təxribatların qarşısının alınması məqsədilə antiterror tədbirlərinə başlanıldı. Azərbaycan Ordusu yüksək peşəkarlıq nümayiş etdirərək qarşıya qoyulan vəzifələri qısa müddətdə yerinə yetirdi. Cəmi 23 saat 43 dəqiqə davam edən tədbirlər nəticəsində qanunsuz silahlı birləşmələr tərk-silah edildi, separatçı rejim fəaliyyətini dayandırdı və Azərbaycan Respublikasının konstitusiya quruluşu bütün ərazidə bərpa olundu. Bununla Azərbaycan tarixinin ən mürəkkəb səhifələrindən biri başa çatdı. Ölkəmizin ərazi bütövlüyünün ardınca dövlət suverenliyi də tam təmin edildi. Azərbaycan öz ərazisinin hər bir qarışında dövlət hakimiyyətini həyata keçirmək imkanına sahib oldu. 20 sentyabrın Dövlət Suverenliyi Günü kimi təsis edilməsi bu tarixi hadisənin mahiyyətini daha da aydın ifadə edir. Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə təsis olunan Dövlət Suverenliyi Günü Azərbaycanın müstəqillik tarixində yeni mərhələnin rəsmi rəmzinə çevrildi.
Suverenliyin tam bərpası Azərbaycanın qarşısında yeni imkanlar yaradıb. Əgər əvvəlki mərhələdə əsas məqsəd işğalın aradan qaldırılması və ərazi bütövlüyünün təmin edilməsi idisə, hazırkı mərhələnin əsas hədəfi azad edilmiş ərazilərin sürətli bərpası, burada dayanıqlı yaşayış mühitinin formalaşdırılması və Böyük Qayıdış prosesinin uğurla davam etdirilməsidir.
Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı layihələr Azərbaycanın tam suverenlik şəraitində əldə etdiyi imkanların real nəticələrini nümayiş etdirir. Yeni yaşayış məhəllələrinin salınması, nəqliyyat və enerji infrastrukturunun qurulması, sosial obyektlərin istifadəyə verilməsi, iş yerlərinin yaradılması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtması tarixi Zəfərin sülh və quruculuq mərhələsinə keçdiyini nümayiş etdirir.
2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi də bu baxımdan xüsusi məna daşıyırdı. Konstitusiya dövlətin hüquqi əsaslarını müəyyən edir, suverenlik isə həmin hüquqi əsasların dövlətin bütün ərazisində tam şəkildə tətbiq edilməsinə imkan yaradır. Bu iki anlayış müasir Azərbaycan dövlətçiliyinin ayrılmaz sütunlarını təşkil edir.
Dövlət suverenliyimizin bərpası uğrunda canından keçən şəhidlərimizin xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq. Onların qəhrəmanlığı Azərbaycan dövlətinin müstəqilliyinin və ərazi bütövlüyünün qorunmasının ən ali nümunəsidir. Bu gün qarşıda duran əsas vəzifə əldə edilmiş tarixi nəticələri qorumaq, dövlətin gücünü daha da artırmaq, iqtisadi inkişafı sürətləndirmək, milli həmrəyliyi möhkəmləndirmək və Azərbaycanı gələcəyin daha qüdrətli dövlətinə çevirməkdir. Tam suverenlik şəraitində hər bir uğur artıq Azərbaycanın öz milli iradəsi ilə müəyyən etdiyi inkişaf yolunun nəticəsi olacaq.
20 sentyabrın tarixi mahiyyəti Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında dövlət hakimiyyətinin bərpasını, xalqımızın milli iradəsinin təntənəsini və dövlətçilik tariximizin yeni mərhələyə qədəm qoymasını ifadə edir. Dövlət Suverenliyi Günü bu tarixi həqiqətin nəsildən-nəslə ötürülən rəmzinə çevrilib.
Bədəl Bədəlov
Milli Məclisin deputatı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər