Paşa Hadıyev: Möhtəşəm Zəfər, Böyük Qayıdış və yenidən dirçəliş mərhələsinin ünvanı
Tarix: 17-09-2026 | Saat: 14:15
Bölmə:Siyasət | çapa göndər

Müdrik Azərbaycan xalqının tarixinin elə günləri var ki, onlar yalnız təqvimdə bir tarix günü deyil, bütöv bir xalqın yaddaşında yeni bir dövrün başlanğıcı kimi yaşayır. 20 sentyabr da məhz belə tarixi günlərdəndir. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin günü kimi qeyd olunan bu tarix Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasını, Qarabağın həyatının yenidən canlanmasını və uzun illər doğma yurd həsrəti ilə yaşayan insanların öz torpaqlarına qayıdışını xarakterizə edir.
2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyi tam bərpa olundu. Beləliklə, uzun illər davam edən işğal dövrünə son qoyuldu və Azərbaycan dövlətinin bütün ərazilərində Konstitusiya quruluşunun bərpası üçün yeni mərhələ başlandı. Möhtərəm Prezident İlham Əliyevin 2024-cü il 18 sentyabr tarixli Sərəncamı ilə 20 sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi müəyyən edildi.
Bu tarixi prosesin davamı olaraq Qarabağda indi daha mühüm və məsuliyyətli bir mərhələ, quruculuq, bərpa və “Böyük Qayıdış” mərhələsi yaşanır. İşğaldan azad edilmiş ərazilərdə yollar, yaşayış kompleksləri, məktəblər, xəstəxanalar, sosial və mədəni obyektlər inşa edilir, yeni istehsal və xidmət sahələri yaradılır. Dövlət proqramları çərçivəsində əhalinin doğma torpaqlarına qayıdışı, təhlükəsiz yaşayış mühitinin yaradılması və regionun iqtisadi potensialının yenidən formalaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilir.
Doğma Xankəndimizin bugünkü mənzərəsi bu dəyişikliklərin mühüm nümunələrindən biridir. Şəhər artıq yalnız tarixi Zəfərin rəmzi kimi deyil, həm də Azərbaycanın sosial, mədəni və iqtisadi həyatının yenidən formalaşdığı məkanlardan biri kimi inkişaf edir. 2026-cı ilin mayında Möhtərəm Prezident İlham Əliyevin Xankəndiyə səfəri zamanı əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin və yeni istehsal müəssisəsinin açılışında iştirak etməsi şəhərdə həyatın bütün istiqamətlər üzrə tam bərpa olunduğunun əyani təzahürüdür.
Əsrin ən dəhşətli soyqırımına məruz qalan Xocalı isə Azərbaycan xalqının yaddaşında xüsusi bir yeri olan şəhərdir. Xocalının azad olunması uzun illər bu torpağın sakinlərinin qayıdış arzusunun gerçəkləşməsi baxımından mühüm hadisə oldu. 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyev Xocalı şəhərində Dövlət Bayrağını ucaltdı. 2024-cü il mayın 28-dən etibarən isə keçmiş məcburi köçkünlərin Xocalıya qayıdışı başladı. Xocalıda yeni yaşayış mühitinin yaradılması ilə yanaşı, tarixi yaddaşın qorunması istiqamətində də bu gün mühüm işlər görülür.
Bu gün doğma Xocavəndimizdə də qayıdış və quruculuq prosesi sürətlə davam edir. 2026-cı il fevralın 25-də Möhtərəm Prezident İlham Əliyevin Xocavənd şəhərinə səfəri zamanı şəhərdə görülən bərpa işləri ilə tanışlıq keçirilib və sakinlərlə görüş olub. Həmin dövrədək Xocavənd rayonunun bir sıra yaşayış məntəqələrinə yüzlərlə ailənin qayıdışı təmin edilmişdi. Şəhərin və yaşayış məntəqələrinin yenidən qurulması insanların öz doğma yurd- yuvalarında təhlükəsiz və rahat yaşaması üçün yeni imkanlar yaradır.
Ağdərə də bu böyük dirçəliş prosesinin mühüm ünvanlarından biridir. 2023-cü il sentyabrın 20-də Ağdərə şəhəri azad edildi, oktyabrın 15-də isə Möhtərəm Prezident İlham Əliyev burada Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Sonrakı mərhələdə Ağdərə rayonunun inzibati ərazi quruluşunun yenidən təşkil olunması və şəhərin rayon mərkəzi kimi müəyyənləşdirilməsi bu ərazidə yeni inkişaf mərhələsinin əsasını qoydu.
Möhtərəm Prezident İlham Əliyevin Xankəndi, Xocalı, Xocavənd və Ağdərəyə, ümumiyyətlə, işğaldan azad olunan ərazilərimizə mütəmadi səfərləri də bu prosesin ardıcıl şəkildə diqqətdə saxlanıldığını göstərir. 2026-cı ildə Xocavəndə, Xankəndiyə və Xocalıya edilən səfərlər zamanı yaşayış məntəqələrində görülən işlərlə tanışlıq, yeni obyektlərin açılışı və sakinlərlə görüşlər keçirilib.
Bu gün doğma Qarabağımızda, şərqi Zəngəzurumuzda ucalan yeni binalar, açılan məktəblər, salınan yollar, qayıdan ailələr və yenidən canlanan şəhərlər bir həqiqəti nümayiş etdirir: doğma torpağa qayıdış yalnız fiziki dönüş deyil, həm də tarixi yaddaşın, böyük ümidin və xoş- firavan gələcəyin göstəricisidir.
Paşa Hadıyev
YAP Qazax rayon təşkilatının sədr müavini
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər