20 Sentyabr – tarixi Zəfərin, dövlət suverenliyinin və Böyük Qayıdışın rəmzi
Tarix: 18-09-2026 | Saat: 16:06
Bölmə:Siyasət | çapa göndər

Azərbaycanın müasir tarixində elə günlər var ki, onların siyasi və mənəvi əhəmiyyəti yalnız bir tarixi hadisə ilə məhdudlaşmır. Bu tarixlər xalqın milli iradəsini, dövlətçilik əzmini, ərazi bütövlüyünü və suverenliyini özündə birləşdirən mühüm mərhələlər kimi yaddaşlarda yaşayır. 20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü də məhz belə əlamətdar tarixlərdəndir.
20 Sentyabrın tarixi mahiyyəti 2023-cü ilin sentyabrında Azərbaycanın Qarabağ bölgəsində baş verən hadisələrlə sıx bağlıdır. 2023-cü il sentyabrın 19-da başlayan lokal xarakterli antiterror tədbirləri cəmi 23 saat 43 dəqiqə davam etmiş, sentyabrın 20-də saat 13:00-da dayandırılmışdır. Əməliyyat nəticəsində Azərbaycanın Konstitusiya quruluşunun bərpası təmin edilmiş, dövlət suverenliyinin bütün ərazi üzrə bərqərar olması üçün tarixi mərhələ tamamlanmışdır.
Bu hadisə 44 günlük Vətən müharibəsində qazanılmış Böyük Zəfərin məntiqi davamı olmaqla, Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunması istiqamətində mühüm tarixi nəticə yaratdı. 2020-ci ildə hərbi-siyasi yolla əldə edilmiş Zəfərdən sonra Qarabağda separatizmin mövcudluğuna son qoyulması Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcını şərtləndirdi. 2023-cü ilin sentyabr hadisələri isə ölkənin bütün ərazisində dövlət hakimiyyətinin və qanunun aliliyinin təmin olunması ilə nəticələndi.
Bu baxımdan 20 Sentyabr yalnız hərbi uğurun təqvimdəki ifadəsi deyil. Bu tarix Azərbaycan dövlətinin öz ərazi bütövlüyünü və suverenliyini təmin etmək əzminin, xalqın milli həmrəyliyinin və dövlət-ordu-xalq birliyinin rəmzlərindən biridir.
Xankəndi – Azərbaycanın tarixi şəhərlərindən biri20 Sentyabrın daşıdığı məna Xankəndinin timsalında xüsusi əhəmiyyət kəsb edir. Qarabağ xanlığı dövründə yaşayış məskəni kimi formalaşan Xankəndi Azərbaycanın tarixi coğrafiyasının ayrılmaz hissəsidir. 2023-cü ilin sentyabrında keçirilmiş antiterror tədbirləri nəticəsində şəhərdə Azərbaycanın dövlət suverenliyi təmin edildi.
2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyevin Xankəndidə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldatması isə dövlətçilik tariximizin mühüm hadisələrindən biri kimi yadda qaldı. Dövlət Bayrağının Xankəndidə dalğalanması Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin real ifadəsinə çevrildi.
Bu gün Xankəndidə aparılan quruculuq işləri şəhərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Şəhərin sosial, iqtisadi, mədəni və təhsil potensialının yenidən formalaşdırılması Qarabağın dirçəldilməsi siyasətinin mühüm istiqamətlərindən biridir. Qarabağ Universitetinin Xankəndidə yaradılması da bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
Xocalı Azərbaycan xalqının yaddaşında həm faciə, həm də milli ədalət anlayışının rəmzi kimi xüsusi yer tutur. 2023-cü il sentyabrın 19-20-də keçirilən antiterror tədbirləri nəticəsində Xocalı şəhərinin də Azərbaycanın nəzarətinə keçməsi tarixi ədalətin bərpası baxımından mühüm hadisə oldu.
Xocalıda Azərbaycan Respublikasının Dövlət Bayrağının ucaldılması ilə şəhərin tarixində yeni səhifə açıldı. Daha əhəmiyyətlisi isə Xocalının yalnız tarixi yaddaş məkanı kimi deyil, yaşayış və inkişaf məkanı kimi yenidən qurulmasıdır. 2024-cü il mayın 28-dən etibarən keçmiş məcburi köçkünlərin Xocalıya qayıdışına başlanılması Böyük Qayıdış prosesinin konkret nəticələrindən biridir.
Beləliklə, uzun illər faciə və həsrətlə xatırlanan Xocalı bu gün dirçəliş, qayıdış və yenidənqurma anlayışları ilə də assosiasiya olunur.
Xocavənd və Ağdərə – Qarabağın yeni inkişaf mərhələsi
Xocavənd və Ağdərə də Qarabağın tarixi və coğrafi məkanında mühüm yer tutan yaşayış məntəqələridir. Xocavənd şəhərinin tam şəkildə Azərbaycanın nəzarətinə keçməsi 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirlərinin nəticələrindən biri olmuşdur. Xocavənd ərazisi həm də Azıx və Tağlar mağaraları kimi mühüm arxeoloji abidələri ilə Azərbaycanın zəngin tarixinin mühüm səhifələrini yaşadır.
Ağdərə də 2023-cü ilin sentyabr hadisələri nəticəsində Azərbaycan Respublikasının suverenliyinin bərpa olunduğu ərazilər sırasındadır. Bu yaşayış məntəqələrinin qarşıdakı inkişaf perspektivləri Qarabağda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq proqramının tərkib hissəsidir.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində görülən işlərin əsas məqsədi yalnız dağıdılmış infrastrukturu yenidən qurmaq deyil. Burada müasir şəhərsalma prinsipləri əsasında yeni yaşayış məkanlarının yaradılması, insanların doğma torpaqlarına qayıdışının təmin edilməsi, iqtisadi fəallığın artırılması və regionun ölkənin sosial-iqtisadi həyatına tam inteqrasiyası qarşıya qoyulan əsas vəzifələrdəndir.
20 Sentyabrın əhəmiyyəti Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə bu tarixin həm də Dövlət Suverenliyi Günü kimi təsis edilməsi ilə daha da möhkəmlənmişdir. Sərəncamda 2023-cü il sentyabrın 20-də Azərbaycanın bütün ərazisində qanunun aliliyinin təmin edildiyi və dövlət suverenliyinin bərpa olunduğu vurğulanır.
Həmin tarixdən etibarən 20 Sentyabr Azərbaycan dövlətçilik təqvimində iki mühüm məna daşıyan gün kimi xüsusi yer tutur. Bir tərəfdən Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin azadlığı və suverenliyimizin bərpası qeyd edilir, digər tərəfdən bütün Azərbaycan ərazisində dövlət suverenliyinin təmin olunması tarixi hadisə kimi yad olunur. Azərbaycan Prezidentinin 2024-cü il 18 sentyabr tarixli Sərəncamı ilə isə 20 sentyabr rəsmi olaraq Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi müəyyənləşdirilmişdir.
Bu tarix həm də Azərbaycan xalqının Vətən müharibəsində qazandığı Qələbənin yaratdığı yeni reallıqların davamlı xarakter aldığını göstərir. Ərazi bütövlüyünün və suverenliyin təmin olunması ilə yanaşı, indi əsas hədəf azad edilmiş ərazilərin sürətli inkişafı, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı və Qarabağın ölkənin ən müasir inkişaf məkanlarından birinə çevrilməsidir.
Bu gün Qarabağda aparılan genişmiqyaslı quruculuq işləri, yeni yolların, yaşayış komplekslərinin, sosial obyektlərin, təhsil və mədəniyyət müəssisələrinin yaradılması tarixi Zəfərin real nəticələrinin göstəricisidir. Qarabağda həyatın yenidən canlandırılması Böyük Qayıdışın mahiyyətini təşkil edir.
20 Sentyabr bizə bir daha göstərir ki, dövlətlərin tarixində qazanılan qələbələrin əsl gücü yalnız onların hərbi nəticələrində deyil, həmin qələbələrin gələcək nəsillər üçün yaratdığı imkanlarda ifadə olunur. Azərbaycan bu gün öz ərazi bütövlüyünü və suverenliyini təmin etmiş dövlət kimi Qarabağda yeni həyat qurur, tarixi şəhərləri yenidən dirçəldir və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışını təmin edir.
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü Azərbaycan xalqının tarixi yaddaşında dövlətçilik iradəsinin, milli birliyin, ərazi bütövlüyünün və suverenliyin rəmzi kimi yaşayacaq. Bu tarix həm keçmişə ehtiramı, həm bu günün reallıqlarını, həm də gələcəyə inamı özündə birləşdirir. Qarabağın yenidən qurulması və Böyük Qayıdış prosesinin uğurla davam etdirilməsi isə Azərbaycanın Zəfər tarixinin yeni səhifələrinin yazılmasını təmin edir.
20 Sentyabr – Qarabağda Azərbaycan suverenliyinin təntənəsinin, tarixi ədalətin bərpasının və yeni quruculuq dövrünün rəmzidir.
Kamran Əmirov,
YAP Qusar rayon təşkilatının sədr
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-09-2026