Mingəçevirdə 20 Sentyabr - Dövlət Suverenliyi Günü qeyd olundu -Fotolar
Tarix: 18-09-2026 | Saat: 16:39
Bölmə:Özəl | çapa göndər

Sentaybrın 18-də Mingəçevir şəhər İcra Hakimiyyəti və YAP Şəhər Təşkilatı birgə “20 sentyabr Dövlət Suverenliyi Günü bütöv Azərbaycanın zəfər tarixidir” mövzusunda konfrans keçirib. Tədbir iştirakçıları əvvəlcə ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək ehtiramlarını ifadə ediblər.
aia.az xəbər verir ki, tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, YAP şəhər Təşkilatının fəalları, hüquq-mühafizə orqanlarının, şəhər Bələdiyyəsinin rəhbərləri və üzvləri, təhsil, səhiyyə, mədəniyyət ocaqlarının, idarə və müəssisələrin rəhbərliyi, şəhid ailələrinin üzvləri, qazilər, ictimaiyyət və mətbuat nümayəndələri iştirak ediblər. İlk olaraq Heydər Əliyev Mərkəzinin foyesində Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin hazırladıqları sərgi ilə tanışlıq olub, kompozisiya təqdim edilib. “20 sentyabr-Dövlət Suverenliyi Günü” mövzusunda hazırlanmış sənədli film nümayiş etdirilib. Ulu öndər Heydər Əliyevin və Azərbaycanın Dövlət suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükütla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransda giriş nitqi ilə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, YAP Şəhər Təşkilatının sədri Bəxtiyar Mustafayev “Azərbaycanın Suverenliyinin bərpası Ulu Öndər Heydər Əliyev ideyalarının uğurlu nəticəsidir”, MDU-nun humanitar fənlər kafedrasının müəllimi Mirzə Cavadov “Suverenlik dövlətçiliyimizin, müstəqilliyimizin və davamlı inkişafımızın əsas şərtidir”, Vətən müharibəsi iştirakçısı Orxan Sadıqlı “ Dövlət suverenliyi şanlı zəfər tariximizin uğurlu səhifəsidir”, şəhər təhsil sektorunun müdiri Rüstəm Aslanov “Ölkəmizin müasir uğurları Prezident İlham Əliyevin rəhbərliyinin və uzaqgörən siyasətinin təntənəsidir” mövzularında geniş məruzələrlə çıxış ediblər və Dövlət Suverenliyi Günü münasibəti ilə təbriklərini çatdırıblar.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-09-2026