Azərbaycan mövqelərini genişləndirdi - Ermənilər xəritəni götürüb hay-həşirə düşdü - FOTO
Tarix: 18-09-2026 | Saat: 20:34
Bölmə:Ölkə | çapa göndər

Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın Tavuş vilayətinin Aygepar kəndi yaxınlığındakı mövqelərindən birində mühəndis-istehkam işlərinin aparıldığı bildirilir.
aia.az xəbər verir ki, erməni mediasında yayılan məlumat Sentinel-2 peyk görüntülərinin təhlilinə əsaslanır.
Məlumata görə, mövqenin genişləndirilməsi və möhkəmləndirilməsi üzrə əsas işlər 2024-cü ilin ortalarında həyata keçirilib. 2024 və 2026-cı illərə aid peyk görüntülərinin müqayisəsində ərazidəki dəyişikliklərin göründüyü bildirilir.
Erməni mənbələri bildirir ki, guya sözügedən mövqelərdən biri 1990-cı ildə nəşr edilmiş, ərazinin 1986-cı ildəki vəziyyətini əks etdirən 1:100 000 miqyaslı sovet topoqrafik xəritəsinə əsasən keçmiş Ermənistan SSR-in inzibati sərhədləri daxilində göstərilib. Həmin xəritəyə əsaslanan hesablamaya görə, mövqe Aygepar kəndindən təxminən 900 metr məsafədə yerləşir.
Peyk görüntülərinin təhlilində qonşu Azərbaycan mövqeyində də istehkam və mühəndis işlərinin aparıldığı bildirilir.
Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası prosesi davam edir və sərhədin ayrı-ayrı hissələrinin hüquqi xətti tərəflərin razılaşdırdığı xəritə və sənədlər əsasında müəyyənləşdirilməlidir.
Bir daha xatırladırıq ki, 30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanda indi hər kəs əlinə bir xəritə alıb ortaya düşüb: biri SSRİ dövrünün bu xəritəsinə, digəri başqa bir xəritəyə istinad edir. Xəritənin, dövlət sərhədinin və ərazi bütövlüyünün qədrini bu qədər yaxşı bilənlər 30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlamamalı idilər.musavat.com
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-09-2026