Paşinyan sülh mükafatını aldı, Əliyevə təşəkkür etdi – “Bu mükafata o da layiqdir”
Tarix: 18-09-2026 | Saat: 21:04
Bölmə:Dünya | çapa göndər

Ermənistanın baş naziri Nikol Paşinyan Hessen Sülh Mükafatını alarkən Azərbaycan Prezidenti İlham Əliyevin Cənubi Qafqazda sülhün qurulmasına verdiyi töhfəni xüsusi qeyd edib.
aia.az xəbər verir ki, Paşinyan mükafatlandırma mərasimində çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyevə sülhün bərqərar olunmasına verdiyi töhfəyə görə təşəkkür edib.
Paşinyan bildirib ki, Azərbaycan Prezidenti də bu mükafata eyni dərəcədə layiqdir.
Ermənistanın baş naziri, həmçinin Azərbaycan və Ermənistan xalqlarına sülhü dəstəklədiklərinə görə təşəkkür edib. Onun sözlərinə görə, münaqişənin səbəb olduğu itkilərə və əzablara baxmayaraq, hər iki xalq sülh prosesinə dəstək verib.
Paşinyan bildirib ki, sülh prosesinin əsasını 8 avqust 2025-ci ildə qəbul edilmiş Birgə Bəyannamə təşkil edib. O, həmin sənədin qəbulunu və Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanmasını tarixi irəliləyiş adlandırıb.
Baş nazir vurğulayıb ki, İrəvan və Bakı 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında keçmiş sovet respublikalarının inzibati sərhədləri çərçivəsində bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyır.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-09-2026