Artıq hər kəs bu saatda İŞƏ GEDƏCƏK: İş rejimində ŞOK DƏYİŞİKLİK
Tarix: 18-09-2026 | Saat: 23:22
Bölmə:Dünya | çapa göndər

Türkiyədə milyonlarla işçini maraqlandıran çevik iş modeli yenidən gündəmə gəlib.
aia.az xəbər verir ki, Türkiyənin Xəzinə və Maliyyə naziri Mehmet Şimşək 15–29 yaş aralığında olan, nə təhsil alan, nə də çalışan gənclərə yönəlik yeni proqramların həyata keçiriləcəyini bildirib.
Nazir bu kateqoriya üçün çevik iş modelinin tətbiqinin ölkə maraqlarına tam uyğun olduğunu vurğulayaraq deyib: "Növbəti dövrdə təhsildə və məşğulluqda yer almayan gənc əhalini hədəfləyən güclü proqramlar nəzərdə tuturuq. Məsələnin islahat tərəfi vacibdir. Gündəmimiz sıx olsa da, bu istiqamətdə irəliləyiş əldə etməyə davam edəcəyik."
Digər tərəfdən, ötən il elan edilən "Dövlət Qənaət Paketi" çərçivəsində dövlət qulluqçuları üçün nəzərdə tutulan çevik və məsafədən iş modelinin təfərrüatları da dəqiqləşib. Layihə "əsas vaxt" və "çevik iş vaxtı" olmaqla ikimərhələli sistemdən ibarətdir.
Yeni mexanizmə əsasən, dövlət qulluqçuları günün "əsas iş vaxtı" dövründə maksimum 5 saat müəssisədə olmalı, günün qalan "çevik iş vaxtı" hissəsində isə iş yerində olmaq tələb olunmayacaq. Günlük standart 8 saatlıq iş rejimi saxlanılsa da, işin başlama və bitmə saatlarında elastiklik təmin ediləcək. İş saatı qanuni başlama vaxtından 2 saat əvvəl başlaya və normal bitmə vaxtından 3 saat sonrayadək uzadıla biləcək. Bir gün ərzində maksimum iş müddəti isə 10 saat tənzimlənəcək. Layihədə yer alan digər əsas məqam isə qurumlara əməkdaşların giriş-çıxış saatlarını tənzimləmək sərbəstliyinin verilməsi və bu cədvəlin növbəti müqavilə dövrünə qədər sabit qalmasıdır.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-09-2026