Mobil versiya
Körfəz ölkələri üçün 10 milyardlıq plan - Yarısını ABŞ verəcək
Tarix: 22-09-2026 | Saat: 09:55
Bölmə:Dünya | çapa göndər

Körfəz ölkələri üçün 10 milyardlıq plan -

ABŞ-nin Yaxın Şərqdə ABŞ və İsrailin İrana qarşı müharibəsi zamanı zədələnmiş enerji infrastrukturunun bərpasına kömək məqsədilə yeni fonda 5 milyard dollar yatırmağı təklif etdiyi bildirilir.

aia.az xəbər verir ki, bu barədə “Wall Street Journal” (WSJ) adı açıqlanmayan ABŞ və Yaxın Şərq rəsmilərinə, eləcə də, nəzərdən keçirdiyi sənədlərə əsasən məlumat yayıb.

Qeyd edilir ki, Vaşinqton Körfəzdəki enerji obyektlərinin yenidən qurulması üçün fond yaratmağı təklif edib.

Məlumata görə, fond Yaxın Şərq ölkələrinə müharibə zamanı zədələnmiş enerji infrastrukturunun bərpasına kömək etmək və neftlə təbii qazın daşınması üçün Hörmüz boğazından asılılığı azaltmaq məqsədi daşıyır.

Məlumatda təklifin Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) də daxil olmaqla, müxtəlif Yaxın Şərq ölkələri ilə müzakirə edildiyi bildirilir.

ABŞ-nin 8 Yaxın Şərq ölkəsindən öz təklifinə ekvivalent məbləğdə vəsait yatırmasını istədiyi və ümumilikdə 10 milyard dollarlıq investisiya fondu yaratmağı hədəflədiyi iddia olunur.

Vurğulanır ki, ABŞ rəsmiləri fondla bağlı müzakirələrin davam etdiyini və razılaşmanın şərtlərinin dəyişə biləcəyini bildiriblər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-09-2026