Mobil versiya
Si Cinpinə görə 64 illik protokol qaydasını pozacaq
Tarix: 23-09-2026 | Saat: 15:45
Bölmə:Dünya | çapa göndər

Si Cinpinə görə 64 illik protokol qaydasını pozacaq

ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının Sədri Si Cinpini Endryuz hərbi hava bazasında şəxsən qarşılayacaq.

aia.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.

Bildirilir ki, bununla da, 64 ildir riayət olunan protokol qaydası pozulmuş olacaq.

“Bu, 1962-ci ildə Con Kennedinin Böyük Britaniyanın Baş naziri Harold Makmilanı uçuş-enmə zolağında qarşılamasından sonra ABŞ Ali Baş Komandanının bir dünya liderini bu bazada şəxsən qarşıladığı ilk hal olacaq”, - nəşr yazıb.

Qəzet bu jesti dərin hörmət nümayişi kimi təqdim edib.

Xatırladaq ki, Si Cinpin 23-25 sentyabr tarixlərində ABŞ-yə dövlət səfəri edəcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-09-2026