Sənayenin inkişafında yeni mərhələ: iqtisadiyyat üçün əlavə dəyər amili -ŞƏRH
Tarix: 23-09-2026 | Saat: 15:22
Bölmə:Siyasət | çapa göndər

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə çıxışı ölkənin qeyri-neft sektorunun genişləndirilməsi və təbii ehtiyatlardan daha səmərəli istifadə baxımından mühüm önəm kəsb edir. Dövlət Proqramının hazırlanması üçün aprelin əvvəlində imzalanmış Sərəncamdan sonra aparılan işlərin nəticəsi olaraq qarşıya konkret hədəflər qoyulur. Bu hədəflər sırasında yeni sənaye istiqamətinin yaradılması, mövcud yataqların istismara cəlb edilməsi, geoloji kəşfiyyatın genişləndirilməsi və istehsal zəncirinin formalaşdırılması xüsusi yer tutur.
Dağ-mədən və metallurgiya sənayesi maliyyə tutumlu sahə olsa da, iqtisadiyyat üçün böyük əlavə dəyər yaratmaq imkanına malikdir. Təbii resursların yalnız hasil edilməsi deyil, onların emal olunaraq daha yüksək dəyərə malik məhsullara çevrilməsi iqtisadi səmərəliliyi artıran əsas amillərdəndir. Bu baxımdan istehsal zəncirinin tam formalaşdırılması mühüm əhəmiyyət daşıyır. Proqram çərçivəsində 5 mindən çox daimi iş yerinin yaradılmasının nəzərdə tutulması isə yeni sənaye sahəsinin məşğulluğa və regionların sosial-iqtisadi inkişafına təsirinin göstəricisidir. Bu istiqamətdə qarşıya qoyulan hədəflərin reallaşdırılması üçün ölkədə artıq mühüm infrastruktur və iqtisadi baza formalaşıb. Son illərdə qəbul edilən dövlət proqramları kənd təsərrüfatı, nəqliyyat, su təsərrüfatı və digər sahələrlə yanaşı, iqtisadiyyatın ümumi inkişafına xidmət edən layihələrin həyata keçirilməsini təmin edib. Dövlətimizin başçısı qeyd edib: “Təbii ki, digər infrastruktur layihələri də uğurla icra edilib və edilir, o cümlədən sosial infrastrukturla bağlı layihələr – xəstəxana tikintisi, məktəb tikintisi, avtomobil yolları, dəmir yolları, hava limanları. Ona görə qeyri-neft sektorunun inkişafını, o cümlədən bu infrastruktur layihələri şərtləndirir”.
Qeyri-neft sektorunda müşahidə olunan artım bu siyasətin iqtisadi nəticələrindən biri kimi diqqət çəkir. Prezident İlham Əliyevin çıxışında bildirildiyi kimi, cari ilin ilk səkkiz ayında qeyri-neft sektorunda 5,4 faiz artım qeydə alınıb. Ümumi iqtisadi artımın 1,2 faiz təşkil etdiyi şəraitdə qeyri-neft sektorunun daha yüksək dinamika nümayiş etdirməsi iqtisadiyyatın yeni inkişaf mənbələrinin genişləndirilməsinin əhəmiyyətini nümayiş etdirir. Bu baxımdan dağ-mədən və metallurgiya sənayesinin inkişafı qeyri-neft iqtisadiyyatının istehsal potensialını daha da artırmaq imkanına malikdir.
Sahənin inkişafında işğaldan azad edilmiş ərazilərin təbii ehtiyatları xüsusi əhəmiyyət daşıyır. İşğal dövründə bu ərazilərin təbii sərvətlərinin qanunsuz istismarı və meşə fonduna vurulan ciddi zərər həmin resursların uzun müddət ölkə iqtisadiyyatına xidmət etməsinə imkan verməyib. Hazırda isə azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri ilə yanaşı, mövcud təbii sərvətlərin öyrənilməsi və iqtisadi dövriyyəyə cəlb edilməsi üçün də imkanlar yaranıb. Prezident İlham Əliyevin vurğuladığı kimi, bütövlükdə bizim təbii resurslarımızın işlənməsi və onlardan səmərəli şəkildə istifadə olunması, eyni zamanda, istehsal zəncirinin tam yaradılması ölkə iqtisadiyyatını gücləndirəcək.
Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarında yerləşən qızıl, mis və molibden yataqları bu baxımdan xüsusi diqqət çəkir. Ağdərədə artıq işlərə başlanılması, digər ərazilərdə isə müvafiq hazırlıqların aparılması mövcud yataqların mərhələli şəkildə istismara cəlb edilməsinə imkan verəcək. Bununla yanaşı, Sovet dövründə müəyyən edilmiş ehtiyatların müasir geoloji üsullarla yenidən qiymətləndirilməsi nəzərdə tutulur. Aradan keçən onilliklər ərzində texnologiyaların əhəmiyyətli dərəcədə dəyişməsi yataqların potensialının daha dəqiq müəyyənləşdirilməsi üçün yeni imkanlar yaradır.
Dövlət Proqramının digər mühüm istiqaməti yeni yataqların axtarışı və geoloji kəşfiyyat işlərinin genişləndirilməsidir. Azərbaycanın müxtəlif bölgələrində mövcud mineral ehtiyatların müasir texnologiyalar əsasında öyrənilməsi ölkənin mineral-xammal bazasının genişləndirilməsinə şərait yarada bilər. Xüsusilə Naxçıvan Muxtar Respublikasında geoloji kəşfiyyat işlərinin gələn ildən başlanmasının nəzərdə tutulması bu ərazinin təbii resurs potensialının sistemli şəkildə araşdırılması baxımından əhəmiyyətlidir. Burada əsas məsələ yalnız yeni yataqların müəyyənləşdirilməsi deyil, həmin ehtiyatların iqtisadi baxımdan səmərəli şəkildə istifadəsidir. Müasir texnologiyaların tətbiqi hasilat prosesinin effektivliyini yüksəltməklə yanaşı, emal imkanlarının genişləndirilməsinə və daha yüksək əlavə dəyərin ölkə daxilində formalaşmasına imkan verə bilər. Bu isə dağ-mədən sənayesini ayrı-ayrı hasilat layihələrindən daha geniş sənaye ekosisteminə çevirə bilər.
Ümumilikdə, 2027–2030-cu illəri əhatə edən Dövlət Proqramı Azərbaycanın qeyri-neft sənayesinin inkişafında yeni mərhələnin əsas istiqamətlərindən biri kimi qiymətləndirilə bilər. Mövcud yataqların istismara verilməsi, yeni ehtiyatların kəşfi, müasir geoloji texnologiyaların tətbiqi, emal sənayesinin genişləndirilməsi və yeni iş yerlərinin yaradılması bir-birini tamamlayan istiqamətlərdir. Təbii resursların ölkə daxilində daha səmərəli emalı və istehsal zəncirinin genişləndirilməsi iqtisadiyyatın şaxələndirilməsinə əlavə imkanlar yaradacaq. Bu baxımdan dağ-mədən və metallurgiya sənayesinin inkişafı yalnız yeni iqtisadi layihələrin həyata keçirilməsi kimi deyil, Azərbaycanın sənaye potensialının genişləndirilməsi, regionların iqtisadi fəallığının artırılması və qeyri-neft sektorunun istehsal imkanlarının möhkəmləndirilməsi istiqamətində uzunmüddətli nəticələr yarada biləcək proses kimi diqqət çəkir. Dövlət Proqramının qarşıya qoyduğu vəzifələrin ardıcıl icrası ölkənin təbii sərvətlərinin müasir texnologiyalar əsasında iqtisadi dövriyyəyə daha geniş cəlb olunmasına və yeni sənaye imkanlarının formalaşmasına şərait yaradacaqdır.
Mahir Süleymanlı
Milli Məclisin deputatı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-09-2026