Mobil versiya
Milli Məclisin deputatı və YAP Qaradağ rayon təşkilatının sədri Lökbatanda vətəndaşları qəbul ediblər -Fotolar
Tarix: 23-09-2026 | Saat: 16:48
Bölmə:Siyasət | çapa göndər

Milli Məclisin deputatı və YAP Qaradağ rayon təşkilatının sədri Lökbatanda vətəndaşları qəbul ediblər

Sentyabrın 23-də 11 saylı Binəqədi-Qaradağ seçki dairəsi üzrə Milli Məclisin deputatı Səbinə Xasayeva və YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov birlikdə partiyanın rayon təşkilatının inzibatı binasında bir qrup vətəndaşı qəbul edərək onların müraciət və təkliflərini dinləyiblər.

Qəbula gələn seçicilər işə qəbul edilmələrinə, əmlak məsələləri ilə əlaqədar qohumlar arasında mübahisələrin həllinə, qanunlara ciddi əməl edilməsinə nəzarətin gücləndirilməsinə, aztəminatlı ailələrə maddi və mənəvi dəstək göstərilməsinə, Lökbatan qəsəbəsində əmək veteranlarının asudə vaxtının təşkili ilə əlaqədar söhbətgahların yaradılmasına, pensiya təminatının qanunauyğun tənzimlənməsinə, güclü yağışlar nəticəsində yaranmış mənzil-məişət problemlərinin həllinə, eləcə də digər problemlərin aradan qaldırılmasına köməklik göstərilməsini xahiş ediblər.

Qəbul zamanı vətəndaşların səsləndirdikləri təklif və şikayətlər araşdırılması və həll edilməsi üçün qeydə alınıb, seçiciləri maraqlandıran suallar cavablandırılıb və onlara lazımi tövsiyələr verilib. Müvafiq qurumlara təqdim edilmək məqsədilə vətəndaşların müraciətləri Milli Məclisin deputatı və YAP Qaradağ rayon təşkilatının sədri tərəfindən nəzarətə götürülüb.

Seçicilər onlara göstərilən diqqətə, səmimi qəbula görə minnətdarlıqlarını ifadə edərək, onları narahat edən məsələlərin öz həllini tezliklə tapacağına əminliklərini bildiriblər, belə qəbullar və görüşlərin cənab Prezident İlham Əliyevin vətəndaşların qəbulu və onların problemlərinin həllinə köməklə bağlı tövsiyələrinin yerinə yetirilməsinin təzahürü olduğunu qeyd ediblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-09-2026