Mobil versiya
Süni intellekt nəzarətdən çıxmasın deyə - 20 il həbs təklif edirlər
Tarix: 24-09-2026 | Saat: 09:35
Bölmə:Karusel / Gündəm | çapa göndər

Süni intellekt nəzarətdən çıxmasın deyə -

ABŞ senatoru Berni Sanders və Nümayəndələr Palatasının üzvü Qreq Kasar süni intellektin inkişafına ciddi məhdudiyyətlər qoymağı nəzərdə tutan qanun layihəsi təqdim ediblər.

aia.az xəbər verir ki, 19 səhifəlik sənəddə qabaqcıl süni intellekt sistemlərinin inkişafının yeni federal Süni İntellekt Departamenti yaradılana qədər dayandırılması təklif olunur.

Qaydaları pozan şirkət və şəxslər üçün isə 20 ilədək həbs cəzası, həmçinin şirkətin fəaliyyətinin dayandırılmasına qədər gedən sanksiyalar nəzərdə tutulur.

Layihənin əsas məqsədlərindən biri özünü təkmilləşdirə və inkişafını avtomatlaşdıra bilən “superintellekt” sistemlərinin qarşısını almaqdır. Onlar belə sistemlərin gələcəkdə insan nəzarətindən çıxa biləcəyindən narahatdırlar.

Sanders süni intellekti sürətlə inkişaf edən və bəşəriyyət üçün ciddi nəticələr yarada biləcək texnologiya kimi qiymətləndirib.

Qanun layihəsi bəzi süni intellekt təhlükəsizliyi mütəxəssisləri tərəfindən dəstəklənsə də, sənaye nümayəndələri onun həddindən artıq sərt və hüquqi baxımdan problemli olduğunu bildiriblər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-09-2026