Dayanıqlı Sənaye İnkişafı və Milli Resursların Səmərəli İdarə Edilməsində Yeni Mərhələ
Tarix: 24-09-2026 | Saat: 09:56
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirə ölkəmizin sənayeləşmə strategiyasında prinsipcə yeni və strateji bir mərhələnin təməlini qoydu. Müşavirədə dövlət başçısı tərəfindən irəli sürülən konseptual yanaşmalar və strateji xətt nəinki dağ-mədən və metallurgiya sektorunun, bütövlükdə milli iqtisadiyyatımızın dayanıqlı inkişafı və şaxələndirilməsi üçün aydın yol xəritəsini müəyyən edir.
Müasir idarəetmə sistemində qəbul edilən strategiya və dövlət proqramlarının səmərəliliyi onların reallaşdırılma tempi və icra keyfiyyəti ilə ölçülür. Cənab Prezidentin xüsusi olaraq vurğuladığı kimi, qəbul edilən proqramlar kağız üzərində qalmamalı, müəyyən olunmuş 4 illik müddət ərzində tam, dəqiq və ölçülə bilən nəticələrlə icra edilməlidir. İcra intizamının yüksək səviyyədə təmin olunması, aidiyyəti qurumların cavabdehlik məsuliyyətinin artırılması və müəyyən edilmiş hədəflərə vaxtında çatılması dövlət siyasətinin ana xəttini təşkil edir. Bu yanaşma resursların düzgün bölüşdürülməsini, layihələrin vaxtında yekunlaşmasını və milli iqtisadiyyatın operativ şəkildə yeni dividentlər qazanmasını şərtləndirir.
Son illərdə həyata keçirilən məqsədyönlü iqtisadi islahatların real nəticələri makroiqtisadi göstəricilərdə öz əksini aydın şəkildə tapmaqdadır. Cari ilin ilk 8 ayında qeyri-neft sənayesində qeydə alınan 5,4 faizlik artım ölkədə neft amilindən asılılığın azaldılması və sənayenin alternativ sahələrinin sürətli yüksəlişi istiqamətində atılan addımların əməli təsdiqidir. Qeyri-neft/qaz sektorunun dinamik inkişafı təkcə daxili tələbatın ödənilməsi deyil, həm də ölkənin ixrac potensialının keyfiyyətcə yeni müstəviyə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Yeni mərhələdə sənaye potensialının reallaşdırılması dövlət və özəl sektorun sıx tərəfdaşlığı prinsipinə əsaslanır. Biz işimizi həm dövlət xətti ilə, həm də özəl investorların fəal iştirakı ilə qurmaqla iqtisadiyyata əlavə stimul veririk. Dövlət Proqramının icmasında özəl kapitalın, müasir texnologiyaların və innovativ idarəetmə metodlarının cəlb olunması sektorda rəqabətqabiliyyətliliyi artırır, yeni iş yerlərinin yaradılmasına və regionların iqtisadi canlanmasına təkan verir. Bu model dövlətin tənzimləyici və dəstəkləyici rolunu özəl sektorun təşəbbüskarlığı ilə birləşdirərək uzunmüddətli inkişaf üçün möhkəm zəmin yaradır.
Bununla yanaşı, dövlət başçımızın səsləndirdiyi konseptual fikir sənayeləşmə siyasətimizin humanist, cavabdeh və ekoloji fəlsəfəsini tam çılpaqlığı ilə ortaya qoyur: bizim əsas sərvətimiz yerin altında olan resurslar deyil, təbiətimiz, ekoloji tarazlığımız və insan kapitalımızdır. Yeraltı zənginliklərin istismarı və metallurgiya sənayesinin genişləndirilməsi prosesində ətraf mühitin mühafizəsi, yaşıl texnologiyaların tətbiqi və ekoloji təhlükəsizlik tələblərinə tam əməl olunması mütləq şərtdir. İqtisadi mənfəətlə təbiətin qorunması arasında balansın gözlənilməsi gələcək nəsillər qarşısındakı məsuliyyətimizin əsasını təşkil edir.
Yekun olaraq qeyd etmək lazımdır ki, 2027–2030-cu illəri əhatə edən bu strateji sənəd Azərbaycanın qüdrətli sənaye dövlətinə çevrilməsi yolunda mühüm irəliləyişdir. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu uzaqgörən siyasət iqtisadi suverenliyimizi daha da möhkəmləndirəcək, milli resurslarımızın xalqımızın rifahına və dövlətimizin davamlı yüksəlişinə xidmət etməsini təmin edəcəkdir.
Zahir Qəhrəmanov
YAP Şirvan şəhər təşkilatının
sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-09-2026