Mobil versiya
“Aramızdakı rəqabət sağlam olmalıdır” - Çin Sədri
Tarix: 24-09-2026 | Saat: 21:16
Bölmə:Dünya | çapa göndər

“Aramızdakı rəqabət sağlam olmalıdır” - Çin Sədri


“Çin və ABŞ sağlam, tarazlaşdırılmış rəqabət mühitini qoruyub saxlamalıdır”.

“aia.az” xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Sədri Si Cinpin amerikalı həmkarı Donald Trampla keçirilən görüş zamanı bəyan edib:

“Ölkələrimiz arasında rəqabət faktını inkar etməməliyik, lakin bu rəqabət sağlam olmalı və məntiqli çərçivələrdə qalmalıdır. Çin və ABŞ arasındakı münasibətlər qalibi və məğlubu olan kəskin qarşıdurma yox, mütərəqqi yarış xarakteri daşımalıdır. Tərəflər münaqişə və konfliktlərə yol vermək yerinə dinc yanaşı yaşamaq yollarını tapmağa qadir olmalıdır”.

ÇXR Sədri iki ölkənin silahlı qüvvələrini müntəzəm dialoq aparmağa və böhran əleyhinə kommunikasiya mexanizmlərini təkmilləşdirməyə çağırıb:

“Çin və ABŞ böyük dövlətlər kimi münasibətlərini tərəfdaşlıq müstəvisində inkişaf etdirməlidirlər. İki ölkə xalqları uzun illərdir sıx təmasdadırlar və dövlətlərin maraqları bir-biri ilə sıx bağlıdır”.

Xatırladaq ki, Si Cinpin ABŞ-yə bir gün əvvəl gəlib. Donald Tramp Çin liderini və onun həyat yoldaşı Pen Liyuanı şəxsən qarşılayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-09-2026