Mobil versiya
Azərbaycan bu ölkə ilə 400 milyonluq layihələrə başladı
Tarix: 24-09-2026 | Saat: 21:31
Bölmə:İqtisadiyyat | çapa göndər

Azərbaycan bu ölkə ilə 400 milyonluq layihələrə başladı


Azərbaycan və Özbəkistan arasında ümumi dəyəri 389 milyon ABŞ dolları olan 10 investisiya layihəsinə start verilib.
aia.az xəbər verir ki, bunu Report-a müsahibəsində TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Baş katibi, müsahibənin hazırlandığı dövrdə həm də Özbəkistanın nəqliyyat nazirinin müavini vəzifəsini tutan Jasurbek Çoriyev bildirib.

Bu investisiya layihələrinə Azərbaycan Prezidentinin 23-24 avqust tarixlərində Özbəkistana səfəri zamanı start verilib.

"Bu layihələr arasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yanacaqdoldurma məntəqələri (YDM) şəbəkəsinin tikintisi layihəsi də yer alır. Birinci mərhələdə Nəməngan, Cizzəx, Səmərqənd, Sırdərya və Daşkənd vilayətlərində beş YDM-in tikintisi planlaşdırılır. Bundan başqa, "Yeni Daşkənd" massivinin ərazisində 4 hektar sahədə "Azərbaycan" parkının tikintisinə başlanılıb", - J.Çoriyev deyib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-09-2026