“Çox qütblü müharibə” tələsi Ağ Evi zəiflədir: Çin “savaş bataqlığı”na düşən ABŞ və Qərbi necə məğlub edir
Tarix: 24-09-2026 | Saat: 23:21
Bölmə:Dünya | çapa göndər

Yaxın Şərq savaşı ABŞ-ın hərbi rezervlərini azaldır, Ukrayna müharibəsi isə Avropa ölkələrinin sursat-sursat ehtiyacını artırır, Çinlə kəskin rəqabət ABŞ-ı Asiya-Sakit okean regionunda daha böyük hərbi qüvvə saxlamağa məcbur edir... Çin lideri Si Tsinpin isə qlobal rəqiblərini beynəlxalq münasibətlərdə “cəngəllik qanunu”nun, ikili standartların, müstəsnalıq siyasətinin, xarici müdaxilənin və təzyiq siyasətinin rədd edilməsinə çağırır...
ABŞ-ın Yaxın Şərq savaşında istifadə etdiyi böyük həcmdə yüksək dəqiqlikli silah və hava hücumundan müdafiə vasitələri Ağ Evin qarşısına yalnız hərbi-sənaye problemi deyil, daha genişmiqyalı geopolitik suallar da çıxarıb. Belə ki, hazırda ABŞ-ın Yaxın Şərq savaşına paralel olaraq, həm Avropadakı müttəfiqlərini silahla təmin və həm də Asiya-Sakit okean regionunda Çinlə rəqabət edə biləcəyi artıq ciddi şübhələr yaratmağa başlayıb. Çünki “The New York Times” nəşri Yaxın Şərq savaşının ABŞ-ın silah rezervlərini ciddi şəkildə azaltdığını iddia edir. Və Ağ Evin həm Avropa, həm də Asiyaya yönəlik silah tədarüklərini Yaxın Şərqdə istifadə etməyə məcbur qaldığını bildirir.
Onu da qeyd etmək lazımdır ki, ABŞ-ın bu savaşla bağlı maliyyə və hərbi yükü də sürətlə böyüyür. Hər halda, “Associated Press”in məlumatına görə, müharibənin ABŞ üçün hesablanmış dəyəri artıq 43,6 milyard dollara yüksəlib. Bu məbləğin 28,1 milyard dolları isə birbaşa silah-sursat xərclərinə aiddir. Eyni zamanda, ABŞ-ın silah rezervlərinin ciddi şəkildə azalması həm Avropada, həm də Yaxın Şərqdə böyük narahatlığa yol açıb. Halbuki, ABŞ-ın hərbi sənaye kompleksi artıq bu boşluğu doldurmağa çalışır.
Ancaq əsas problem odur ki, hərbi sənayenin istehsal gücünü cəmisi bir neçə ay ərzində müharibə tempinə uyğunlaşdırmaq qətiyyən mümkün deyil. ABŞ-da aparılan araşdırmalara görə, Yaxın Şərq savaşı ilə azalan bəzi silah-sursat ehtiyatlarının bərpası illərlə davam edə çəkə bilər. Bu baxımdan, ABŞ-ın əsas qlobal rəqibləri Rusiya və Çin üçün mövcud vəziyyət yalnız hərbi rəqəmlərlə ölçülmür. Hətta “The Washington Post” nəşri iddia edir ki, son kəşfiyyat məlumatlarında Rusiya prezidenti Vladimir Putinin Yaxın Şərq savaşında ABŞ-ın zəiflədiyini düşündüyü vurğulanır.
Ancaq bütün bunlara baxmayaraq, Ağ Ev rəsmiləri hələ də ABŞ-ın ciddi silah-sursat çatışmazlığı üzləşdiyini rədd edirlər və hərbi sənayenin istehsalı artırdığını vurğulayırlar. Belə görünür ki, qlobal hərbi-siyasi qarşıdurmanın başqa bir cəbhəsi artıq məhz silah anbarlarında formalaşır. Və ABŞ üçün indi əsas məsələ yalnız müharibəni davam etdirmək deyil, həm də buna paralel olaraq, Avropanın müdafiəsini, Ukraynaya dəstəyi, eləcə də Asiyada mümkün Çin böhranına hazırlığı təmin etməkdir.
Maraqlıdır ki, ABŞ-ın Yaxın Şərq savaşı ucbatından qlobal məkanda üzləşdiyi qəliz situasiyanı Avropa Birliyi ölkələrinin Cinə münasibətdə iqtisadi qarşıdurma xəttinə yönəlməyə başlaması daha gərginləşdirir. Belə ki, Almaniya kansleri Fridrix Merts Çini bazar mexanizmlərini dövlət müdaxiləsi, istehsal artıqlığı, aqressiv qiymət, eləcə də valyuta siyasəti və subsidiyalaşdırılmış ixracla birləşdirməkdə ittiham edib. Onun dediyinə görə, rəsmi Pekinin bu modeli Qərb şirkətlərinə həm Avropa Birliyi daxilində, həm də üçüncü ölkələrin bazarlarında ciddi təzyiqlər göstərir. Almaniya kansleri Avropa Birliyi ölkələrinin Çinlə ümumi ticarət kəsirinin artıq ildə 300 milyard avronu keçdiyini də bildirib.
Digər tərəfdən, Avropa Komissiyasının hesabatları da Avropa Birliyi və Çin arasında böyük ticarət disbalansını açıq şəkildə göstərir. Belə ki, 2025-ci ildə Avropa Birliyinin Çinlə ticarət kəsiri 359,9 milyard avroya çatıb. Bu önəmli rəqəmlər Avropa ölkələrinin rəsmi Pekinlə münasibətlərində yeni mərhələnin formalaşdığını da biruzə verir. Əvvəlki illərdə Çin əsasən Avropa Birliyi üçün nəhəng ixrac bazarı və istehsal tərəfdaşı kimi təqdim olunurdu. Ancaq indi rəsmi Pekinin iqtisadi-ticari siyasəti daha çox Avropa sənayesinin gələcəyi ilə bağlı strateji problem hesab olunur.
Göründüyü kimi, ilk baxışdan ABŞ-ın hərbi resurs çatışmazlığı və Avropa Birliyinin Çinlə iqtisadi rəqabət problemi ayrı-ayrı proseslər kimi görünür. Ancaq onların arxasında həm də daha böyük ümumi proses dayandığından, Qərbin qlobal iqtisadi və hərbi üstünlüyünü eyni vaxtda qorumaq imkanları da indi ciddi sınaq qarşısındadır. Üstəlik, hazırda Çin bu prosesə yalnız iqtisadi və hərbi vasitələrlə deyil, həm də siyasi-diplomatik ritorika ilə də kəskin reaksiya verir.
Məsələ ondadır ki, Çin lideri Si Tsinpin qlobal rəqiblərini beynəlxalq münasibətlərdə “cəngəllik qanunu”nun, ikili standartların, müstəsnalıq siyasətinin, xarici müdaxilənin və təzyiq siyasətinin rədd edilməsinə çağırır. Onun fikrincə, daha “ədalətli və bərabər” qlobal idarəçilik sistemi və “bərabər və nizamlı” çoxqütblü dünyanın qurulması bütün ölkələr üçün ən faydalı modeldir. Və Çin lideri xüsusilə də, böyük dövlətlərin beynəlxalq normalara və hüququn aliliyinə nümunə göstərməli olduğunu qabardır.
Onu da qeyd etmək lazımdır ki, rəsmi Pekinin ön plana çıxartdığı modeldə BMT-nin rolunun gücləndirilməsi, Qlobal Cənubun beynəlxalq qərarvermədə daha böyük söz haqqına malik olması, eləcə də dövlətlər arasında bərabər hüquq və imkanların təmin edilməsi əsas xətt kimi göstərilir. Burada ən önəmli məqam ondan ibarətdir ki, rəsmi Pekin Çinin yüksəlişini yalnız ABŞ-la rəqabət kimi təqdim etmir. Yəni, Çin daha geniş bir “çoxqütblü dünya” konsepsiyasını önə çıxarır, ŞƏT, BRICS və Qlobal Cənub kimi platformalar vasitəsilə alternativ beynəlxalq siyasi və iqtisadi əlaqələr sisteminin genişləndirilməsini təşviq edir.
Belə anlaşılır ki, Yaxın Şərq savaşı ABŞ-ın hərbi rezervlərini azaldır, Ukrayna müharibəsi isə Avropa ölkələrinin sursat-sursat ehtiyacını artırır. Çinlə kəskin rəqabət isə ABŞ-ı Asiya-Sakit okean regionunda daha böyük hərbi qüvvə saxlamağa məcbur edir. Bunun üzərinə həm də NATO müttəfiqlərinin müdafiə ehtiyaclarını, Yaxın Şərqdə ABŞ-ın hərbi mövcudluğunu və qlobal dəniz yollarının təhlükəsizliyini də əlavə etmək məcburiyyəti yaranır.
Ancaq belə qəliz vəziyyət avtomatik olaraq, Rusiyanın və ya Çinin ABŞ üzərində hərbi üstünlük qazanması anlamına da gəlmir. Əksinə, ABŞ-ın hərbi-sənaye kompleksi hələ də genişmiqyaslı istehsal potensialına malikdir və Ağ Ev artıq istehsalın sürətləndirilməsi üçün yeni proqramlara başlayıb. Bununla belə, mövcud böhran həm də onu göstərir ki, müasir qlobal qarşıdurmasında texnoloji üstünlük qədər rezervlərin dərinliyi və onları yenidən istehsal etmək sürəti də strateji əhəmiyyət daşıyır.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-09-2026