Onlar qazax hərbçilərin ölümündə GÜNAHLANDIRILIR
Tarix: 25-09-2026 | Saat: 10:37
Bölmə:Dünya | çapa göndər

İstintaq Manqistau vilayətində Xəzər dənizində təlimlər zamanı Qazaxıstan hərbi qulluqçularının ölümündə əli olmaqda şübhəli bilinən vəzifəli şəxsləri müəyyən edib.
aia.az bu barədə Qazaxıstan Baş Prokurorluğunun mətbuat xidmətinə istinadən xəbər verir.
"Xidmətə səhlənkar yanaşmaqda şübhəli bilinən, eləcə də meteoroloji şəraiti nəzərə alaraq şəxsi heyətin təhlükəsizliyi üçün nəzarəti və zəruri tədbirlərin görülməsini təmin etməyən, xilasetmə işlərini lazımi səviyyədə təşkil etməyən və bununla da insanların ölümünə səbəb olan vəzifəli şəxslər müəyyən edilib", - məlumatda deyilir.
Qurumdan həmçinin vurğulanıb ki, hadisə yerinə baxış keçirilib, artıq 30-dan çox hərbçi dindirilib, sənədlər və videomateriallar götürülüb, 12 ekspertiza təyin edilib.
"İstintaq tam hüquqi qiymət verəcək və bütün şübhəlilərə qarşı prosessual tədbirlər görəcək", - Baş Prokurorluqdan bildirilib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər