“Kalaşnikov” Bakıya ən yeni silahlarını gətirir – İlk dəfə...
Tarix: 25-09-2026 | Saat: 22:19
Bölmə:Ölkə | çapa göndər

Rusiyanın “Kalaşnikov” konserni Bakıda keçiriləcək ADEX 2026 beynəlxalq müdafiə sərgisində bir sıra yeni silah və hərbi texnologiyalarını ilk dəfə nümayiş etdirəcək.
aia.az xəbər verir ki, sərgidə AK-12 və AK-15 avtomatlarının yeni versiyaları – qısaldılmış AK-12K və AK-15K, eləcə də kiçikölçülü AK-12SK və AK-15SK təqdim ediləcək.
Bundan başqa, konsern Azərbaycanda ilk dəfə “KUB” ailəsinə daxil olan yeni barraj edən sursatları – KUB-2-E, KUB-10E və ən yeni KUB-10ME modellərini nümayiş etdirməyi planlaşdırır.
Ekspozisiyada həmçinin Çukavin snayper tüfəngi, PPK-20 tapança-pulemyotu, pilotsuz sistemlər, taktiki təchizat və zirehli texnikanın dinamik müdafiə elementləri yer alacaq.
ADEX 2026 sentyabrın 30-dan oktyabrın 2-dək Bakı Ekspo Mərkəzində keçiriləcək. Rəsmi məlumata görə, bu, sayca 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisidir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-09-2026