Mobil versiya
Dünya yeni müharibənin astanasında: ABŞ bu ölkəyə HÜCUMA HAZIRLAŞIR
Tarix: 25-09-2026 | Saat: 23:14
Bölmə:Dünya | çapa göndər

Dünya yeni müharibənin astanasında: ABŞ bu ölkəyə HÜCUMA HAZIRLAŞIR


ABŞ Silahlı Qüvvələri Kubada ehtimal edilən hərbi əməliyyatlara hazırlığı davam etdirir.

aia.az xəbər verir ki, bu barədə "CBS News" telekanalı ABŞ Quru Qoşunlarının daxili sənədlərinə və mənbələrinə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, Quru Qoşunlarının altı növ bölməsinin Mərkəzi və Cənubi Amerikanı, eləcə də Karib regionunu əhatə edən ABŞ Cənub Komandanlığının (SOUTHCOM) məsuliyyət zonasına köçürülməsi imkanları nəzərdən keçirilir.

Söhbət xüsusilə maddi-texniki təminat batalyonu, mühəndis batalyonu, arxa cəbhə təminatı komandanlığı, tibb briqadası, reanimasiya-cərrahiyyə dəstəsi və hərbi polis briqadasından gedir. Məlumatda bu bölmələrin 90-120 gün ərzində tələb oluna biləcəyi vurğulanır.

"Sənəddə birbaşa Kubanın adı çəkilməsə də, bu sorğu ada ilə bağlı davam edən hərbi planlaşdırmaya aiddir", - deyə ABŞ administrasiyasındakı mənbələr "CBS News"a bildirib.

Bununla belə, bölmələrin yerləşdiriləcəyi dəqiq məkan və hərbi qulluqçuların sayı göstərilmir.

Xatırladaq ki, avqust ayında Pentaqon rəhbəri Pit Heqset ABŞ-nin Kubaya qarşı bütün variantları, o cümlədən hərbi əməliyyatları nəzərdən keçirdiyini bəyan edib.

Prezident Donald Tramp isə martın 5-də İrana qarşı əməliyyat başa çatdıqdan sonra Vaşinqtonun Kubaya münasibətdə gələcək fəaliyyət xəttini müəyyənləşdirəcəyini elan edib. O, fevralın 27-də Birləşmiş Ştatların Kuba üzərində nəzarəti ələ keçirə biləcəyini, iyun ayında "Axios" portalına müsahibəsində isə adada hakimiyyət dəyişikliyi üzrə əməliyyatın keçirilməsi ehtimalını istisna etməyib. "Politico" qəzeti də mayın 18-də Vaşinqtonun Kubaya qarşı hərbi güc tətbiq etməyə meyil göstərdiyini yazıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-09-2026