Mobil versiya
Dron hücumunda həlak olan azərbaycanlının nəşi ölkəyə gətiriləcək
Tarix: 28-09-2026 | Saat: 12:59
Bölmə:Karusel / Gündəm | çapa göndər

Dron hücumunda həlak olan azərbaycanlının nəşi ölkəyə gətiriləcək

"Dünən 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub".

aia.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

O bildirib ki, həlak olan Azərbaycan vətəndaşının nəşinin ölkəmizə gətirilməsi istiqamətində Azərbaycanın Ukraynadakı Səfirliyi tərəfindən müvafiq konsulluq yardımı göstərilir.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski X sosial şəbəkəsində Rusiyanın Kiyevə hücumları nəticəsində ölənlər arasında Azərbaycan vətəndaşının olduğu ilə bağlı məlumat paylaşıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-09-2026