27 Sentyabr -Anım günü ilə əlaqədar Gədəbəydə ümumrayon tədbiri keçirildi. -Fotolar
Tarix: 28-09-2026 | Saat: 10:17
Bölmə:Siyasət | çapa göndər

27 sentyabr 2026-cı il tarixində Gədəbəy rayonunda, Gədəbəy rayon Şəhidlər Kompleksinin önündə 27 Sentyabr – Anım Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib.
aia.az xəbər verir ki, tədbirdə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini icra edən Natiq Nağıyev, YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak diblər.
Tədbir iştirakçıları ilk öncə ağacəkmə aksiyası keçirilmişdir.Aksiya çərçivəsində 630 ədəd müxtəlif növ ağac əkilmişdir.
Sonra tədbir iştirakçıları Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsini dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad ediblər. Şəhidlərin ruhlarına hörmət əlaməti olaraq Gədəbəy Şəhidləri Kompleksinin önünə gül dəstələri düzülüb, onların əziz xatirəsi ehtiramla anılıb.
Vətən müharibəsində əldə olunan tarixi Zəfər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətin, güclü dövlət–ordu birliyinin və Azərbaycan Ordusunun qəhrəmanlığının nəticəsi kimi tariximizə qızıl hərflərlə yazılıb. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpası istiqamətində həyata keçirilən ardıcıl siyasət xalqımızın həmrəyliyini daha da möhkəmləndirib. Şəhidlərimizin qanı bahasına əldə edilən Böyük Zəfər Azərbaycan xalqının dövlətçilik salnaməsinin ən şərəfli səhifələrindən birini təşkil edir.
Saat 12:00-da Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Bununla əlaqədar rayon ərazisində nəqliyyat vasitələrinin və piyadaların hərəkəti dayandırılıb, şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq nəqliyyat vasitələrindən səs siqnalları verilib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-09-2026