Mobil versiya
Maaşınız bu məbləğdən çoxdursa, verginiz dəyişəcək - Yeni qayda
Tarix: 28-09-2026 | Saat: 10:12
Bölmə:İqtisadiyyat / Karusel | çapa göndər

Maaşınız bu məbləğdən çoxdursa, verginiz dəyişəcək -

2027-ci ildən əməkhaqqından gəlir vergisinin hesablanması qaydasında dəyişiklik ediləcək. Yeni sistemdə verginin məbləği aylıq gəlirin hansı aralıqda olmasından asılı olaraq müəyyənləşəcək.

aia.az xəbər verir ki, 2 500 manatadək aylıq gəlirə 5 faiz vergi tətbiq olunacaq. Gəliri 2 500-8 000 manat arasında olan şəxslər isə 125 manat və 2 500 manatı aşan hissənin 10 faizi məbləğində vergi ödəyəcəklər.

Aylıq gəlir 8 000 manatdan çox olduqda, vergi 675 manat təşkil edəcək və 8 000 manatdan artıq olan hissəyə 14 faiz tətbiq ediləcək.

Qaydalar 2028-ci ildən yenidən dəyişəcək. Həmin tarixdən 2 500 manatadək gəlirlər üçün vergi dərəcəsi 7 faiz olacaq. 2 500-8 000 manat gəlir aralığında sabit məbləğ 175 manat, 8 000 manatdan yuxarı gəlirlər üçün isə sabit məbləğ 725 manat müəyyən ediləcək.

Beləliklə, növbəti illərdə gəlir vergisinin məbləği əməkhaqqının səviyyəsinə uyğun olaraq mərhələli şəkildə hesablanacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-09-2026