Ağrı dağında sirli gəmi izi: Alimlər torpağın altını araşdırmağa başladılar
Tarix: 28-09-2026 | Saat: 21:22
Bölmə:Özəl | çapa göndər

Türkiyənin Ağrı vilayətinin Doğubayazıt bölgəsində yerləşən və gəmini xatırladan forması ilə illərdir Nuhun gəmisi iddialarına səbəb olan “Durupınar” geoloji quruluşunda yeni araşdırmalar aparılır.
Ərazidən götürülən 300-dən çox torpaq nümunəsinin ilkin analizində strukturun daxilində üzvi maddələrin miqdarının ətraf torpaqla müqayisədə daha yüksək olduğu bildirilib. Yeraltı radar müşahidələrində isə müxtəlif qatlar, boşluqlar və müəyyən həndəsi formalar qeydə alınıb.
Araşdırma qrupu bu göstəricilərin mənşəyini müəyyənləşdirmək üçün ərazidə buruq-qazma işlərinə başlayıb. Nümunələrdə ağac qalıqları, heyvan sümükləri və insan fəaliyyəti ilə əlaqələndirilə biləcək materialların olub-olmadığı araşdırılır.
Hazırkı tapıntılar sözügedən strukturun Nuhun gəmisi olduğunu sübut etmir. Alimlərin əsas məqsədi geoloji quruluşun təbii proseslərlə, yoxsa keçmiş insan fəaliyyəti ilə bağlı olub-olmadığını müəyyənləşdirməkdir. Tədqiqatın daha geniş nəticələrinin gələn il açıqlanması gözlənilir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
28-09-2026