Mobil versiya
Xamenei Ərəb dənizi ilə bağlı xəbərdarlıq etdi - “Yaxın günlərdə...”
Tarix: 28-09-2026 | Saat: 18:02
Bölmə:Dünya | çapa göndər

Xamenei Ərəb dənizi ilə bağlı xəbərdarlıq etdi -

İranın Ali Rəhbəri Ayətullah Seyid Müctəba Xamenei "Müqəddəs Müdafiə" həftəsi münasibətilə müraciət yayıb.

aia.az xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.

Müctəba Xamenei müraciətində İranın cənubundakı dənizlərdə ABŞ və digər xarici qüvvələrin fəaliyyətinə toxunub.

Onun sözlərinə görə, əvvəllər İranın cənubundakı dənizlər "düşmən qüvvələrinin oyun meydanı" olub.

Xamenei bildirib ki, Hörmüz boğazını müdafiə edən qüvvələrin zərbələrindən sonra xarici qüvvələr Ərəb dənizindən bu tərəfə keçməyə cəsarət etmirlər.

İranın Ali Rəhbəri qeyd edib ki, xarici qüvvələr belə riskə getdikləri hallarda bunun zərərini özləri çəkiblər.

"Yaxın günlərdə Ərəb dənizinin də onlardan təmizlənəcəyi gün gələcək", - deyə o bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-09-2026