Mobil versiya
Qəzzada 800 müəllim həyatını itirib
Tarix: 05-10-2026 | Saat: 10:17
Bölmə:Dünya | çapa göndər

Qəzzada 800 müəllim həyatını itirib

İsrailin 2023-cü ilin oktyabr ayından bəri Qəzzaya və Qərb Şəriyəyə hücumları insan tələfatı ilə nəticələnməkdə davam edir.

aia.az xəbər verir ki, Fələstin Təhsil Nazirliyi ölən və yaralanan müəllimlərin sayını açıqlayıb.

Nazirlik 5 oktyabr Dünya Müəllimlər Günü münasibətilə yayımladığı yazılı açıqlamada İsrailin Qəzza zolağı və Qərb sahilində təhsil və təhsil işçilərinə qarşı törətdiyi və ciddi itkilərlə nəticələnən qanun pozuntularına diqqət çəkib.

Bəyanatda deyilir ki, "İşğal olunmuş Fələstin ərazilərində müəllimlər sistematik hücumlar qarşısında təhsil hüququnu qorumaq üçün yaşamaq uğrunda əsl mübarizə aparırlar" və əlavə olunur ki, Qəzza və Qərb Şəriyədəki təhsil sektoru,xüsusən də İsrailin 2023-cü ilin oktyabr ayında Qəzza zolağına hücumuna başlamasından bəri "genişmiqyaslı dağıntılara" məruz qalıb.

İsrailin hücumları nəticəsində indiyədək 800 müəllim həlak olub, 3300-dən çox müəllim yaralanıb və 170-dən çox müəllimin qaçırılması ilə nəticələnib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-10-2026