Arxamızda “dayı” olmayıb, yanımızda Türkiyə olub
Tarix: 04-10-2026 | Saat: 23:58
Bölmə:Siyasət | çapa göndər

Son günlər Türkiyə mediasında və sosial şəbəkələrin türk seqmentində Azərbaycanla bağlı qəribə bir informasiya dalğası müşahidə olunur.
Əvvəl Azərbaycanda məktəbli geyiminə dair qərar “hicab qadağası” kimi təqdim edildi. Ardınca BMT Baş Assambleyasında İsrailin baş naziri Benyamin Netanyahu danışarkən Azərbaycan nümayəndəsinin zalda qalması gündəmə gətirildi.
Sonra isə Prezident İlham Əliyevin “hərənin arxasında böyük bir dayı var idi, biz isə təkbaşına idik” fikri kontekstdən çıxarılaraq Türkiyəyə ünvanlanmış mesaj kimi təqdim olunmağa başlandı.
Bunların hər birini ayrıca müzakirə etmək olar. Azərbaycan hakimiyyətini tənqid etmək də, İsraillə münasibətlərimizi sorğulamaq da, məktəblərdə geyim qaydasını müzakirə etmək də normaldır. Amma bu hadisələrə yalnız ayrı-ayrı xəbərlər kimi baxmaq kifayət deyil.
İlk növbədə xronologiyaya baxmaq, tarixləri yan-yana düzmək lazımdır. Çünki bəzən hadisələrin ardıcıllığı onların özündən daha çox şey deyir.
Əvvəl dövlətlər yaxınlaşır...
Sentyabrın 15-də Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıya gəldi və Prezident İlham Əliyev tərəfindən qəbul edildi. Görüşdə Azərbaycan–Türkiyə münasibətlərinin “bir millət, iki dövlət” prinsipi əsasında inkişaf etdiyi, strateji müttəfiqliyin daha da möhkəmləndiyi vurğulandı. Enerji, logistika, Avropa ilə Asiyanı birləşdirən nəqliyyat xətləri və beynəlxalq təşkilatlarda fəaliyyətin koordinasiyası müzakirə edildi.
Həmin gün Fidan azərbaycanlı həmkarı Ceyhun Bayramovla da görüşdü. Şuşa Bəyannaməsinə əsaslanan müttəfiqliyin inkişafı və regional proseslər ətrafında fikir mübadiləsi aparıldı.
Sentyabrın 25-də isə Türkiyənin Emniyet Genel Müdürü Ali Fidanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda idi. Daxili işlər naziri Vilayət Eyvazovla görüşdə hüquq-mühafizə orqanları arasında əməkdaşlığın genişləndirilməsi və qlobal təhdidlərə qarşı birgə mübarizə müzakirə edildi.
Yəni sentyabrın ortalarından etibarən Bakı ilə Ankara arasında məsafə artmırdı. Əksinə, siyasi və təhlükəsizlik əməkdaşlığı daha da dərinləşirdi.
500 milyon dollarlıq hərbi əməkdaşlıq
Sentyabrın 30-da Bakıda keçirilən ADEX-2026 sərgisində Azərbaycanla Türkiyə arasında müdafiə sənayesi üzrə 500 milyon dollardan artıq əməkdaşlığı əhatə edən müqavilə və anlaşmalar imzalandı.
Söhbət yalnız Türkiyədən silah almaqdan getmir. Razılaşmalar ortaq istehsal, texnologiya transferi, müdafiə sistemlərinin tədarükü və Azərbaycanda istehsal imkanlarının yaradılmasını da əhatə edir. ASELSAN ilə Azərbaycanın NOVASİS şirkəti arasında Naxçıvanda istehsal müəssisəsinin yaradılması istiqamətində protokol imzalandı.
Beləliklə, Azərbaycan–Türkiyə hərbi əməkdaşlığı “satıcı–alıcı” münasibətindən çıxaraq ortaq müdafiə sənayesi məkanının formalaşdırılmasına doğru gedir. Bu, region üçün adi hadisə deyil və təbii ki, Tehranla Moskvada diqqətdən kənarda qala bilməz.
Azərbaycan–Türkiyə xətti Özbəkistana qədər uzanır
Sentyabrın sonu və oktyabrın əvvəlində daha bir strateji hadisə baş verdi. Azərbaycan, Türkiyə və Özbəkistan silahlı qüvvələri “Birliyin Gücü–2026” birgə hərbi təlimini keçirdi. Təlimlər Qarabağ iqtisadi rayonunda, Naxçıvanda və Xəzər dənizində keçirildi, üç ölkə birbaşa iştirak etdi, doqquz dövlət isə müşahidəçi göndərdi.
Bunun geosiyasi mənasını görməmək mümkün deyil. Xəzərin qərb sahilində Azərbaycan və Türkiyə, şərqində isə Özbəkistan. Türkiyə–Azərbaycan strateji xətti artıq yalnız Anadolu ilə Cənubi Qafqaz arasında qalmır, Mərkəzi Asiyaya doğru uzanır.
Söhbət təkcə hərbi əməkdaşlıqdan getmir. Enerji, nəqliyyat, logistika və siyasi əməkdaşlıqla Anadoludan Azərbaycana, oradan Xəzər üzərindən Mərkəzi Asiyaya uzanan türkdilli respublikaların yeni bağlantı xətti formalaşır. Bu xəritəyə Moskvadan və Tehrandan baxanda mənzərə tamamilə başqa görünür.
Sonra Şuşada üç müdafiə naziri
Oktyabrın 2-də Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirildi. Zakir Həsənov, Yaşar Güler və İrakli Çikovani regional təhlükəsizlik, hərbi, hərbi-texniki və hərbi təhsil sahəsində əməkdaşlığı müzakirə etdilər. Bundan əvvəl Zakir Həsənovla Yaşar Güler ayrıca ikitərəfli görüş keçirmişdilər.
Xəritəyə yenidən baxaq: bir tərəfdə Türkiyə–Gürcüstan–Azərbaycan hərbi əməkdaşlığı, digər tərəfdə Türkiyə–Azərbaycan–Özbəkistan birgə təlimləri. Buna 500 milyon dollardan artıq müdafiə sənayesi əməkdaşlığını, Naxçıvanda ortaq istehsal perspektivini, enerji və nəqliyyat layihələrini də əlavə edək.
Azərbaycan artıq yalnız Türkiyənin Cənubi Qafqazdakı strateji tərəfdaşı deyil. Azərbaycan Türkiyəni Mərkəzi Asiyaya bağlayan əsas geosiyasi körpülərdən birinə, Türkiyə isə Azərbaycanın Qərbə çıxışında əsas strateji dayaqlardan birinə çevrilir.
...və məhz bu vaxt informasiya hücumu başlayır
İndi xronologiyanın o biri tərəfinə baxaq.
Azərbaycan–Türkiyə münasibətlərinin hərbi, siyasi və təhlükəsizlik sahəsində sürətlə dərinləşdiyi həmin günlərdə Türkiyə informasiya məkanında nə baş verir?
Əvvəl “Azərbaycan hicabı qadağan etdi”, sonra “Türkiyə Netanyahuya etiraz etdi, Azərbaycan nümayəndəsi isə zalda qaldı”. Ardınca “Yəhudilərə kipa sərbəstdir, müsəlmanlara hicab qadağandır”, daha sonra isə “Əliyev Qarabağ savaşını təkbaşına qazandıqlarını deyərək Türkiyənin rolunu inkar etdi” kimi manipulativ başlıqlar qəsdən dövriyyəyə buraxılır. İki qardaş xalqın arasına nifaq salmaq cəhdləri aydın sezilir.
Bütün bunların sonunda “Azərbaycan Türkiyədən uzaqlaşır” fikri formalaşdırılmağa çalışılır.
Amma real dövlət siyasəti bunun tam əksini göstərir: Hakan Fidan Bakıdadır; təhlükəsizlik strukturları əməkdaşlığı genişləndirir; 500 milyon dollardan artıq müdafiə sənayesi anlaşmaları imzalanır; Azərbaycan, Türkiyə və Özbəkistan birgə hərbi təlim keçirir; Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri Şuşada görüşür.
Bir tərəfdə real strateji inteqrasiya, digər tərəfdə ictimai rəyə təqdim edilən “Azərbaycan Türkiyədən uzaqlaşır” təsviri.
Araşdırılmalı əsas ziddiyyət məhz budur.
Həqiqəti dəyişmək üçün həmişə yalan danışmağa ehtiyac yoxdur
Müasir informasiya savaşının ən təhlükəli tərəfi budur: ən uğurlu manipulyasiya bəzən uydurma xəbərlə aparılmır. Faktı götürürsən, kontekstinin yarısını çıxarırsan, emosional başlıq qoyursan və oxucunu istədiyin nəticəyə gətirirsən.
Azərbaycanda məktəbli geyiminə dair qərar qəbul olunub. Doğrudur. Amma hüquqi mətndə “hicab” və ya “başörtüsü” ifadəsi yoxdur. Buna baxmayaraq Türkiyənin Sözcü qəzeti xəbəri “Kardeş ülkede ‘başörtüsü’ yasağı” başlığı ilə təqdim etdi. Bir gün sonra isə “Azerbaycan temsilcisi Netanyahu'yu dinledi” başlığını verdi.
İki fakt yan-yana qoyulduqda oxucunun şüurunda üçüncü fikir yaranır: müsəlmanın hicabına yox, Netanyahuya bəli?
Sözcü Ərdoğan hakimiyyətinə yaxın islamçı media deyil; əksinə, sekulyar-Kamalist və sərt AKP müxalifəti ilə tanınır. Maraqlı olan da budur: Azərbaycan məsələsində Türkiyədə ideoloji baxımdan bir-birinə zidd çevrələr müxtəlif yollardan eyni nəticəyə gələ bilir.
Sekulyar media Azərbaycan–İsrail münasibətlərini qabardır. Mühafizəkar-islamçı çevrələr hicab və Qəzza məsələsini önə çıxarır. Bəzi milliyyətçi hesablar isə “Biz Qarabağda onların yanında olduq, Azərbaycan bunu unutdu” emosiyasını körükləyir.
Fərqli ideologiyalar, fərqli motivlər, amma nəticədə eyni ictimai təsir: Azərbaycan haqqında mənfi rəy.
İran niyə bu söhbəti böyüdür?
Məsələnin İran tərəfi xüsusilə maraqlıdır. İranın dövlətə bağlı beynəlxalq yayım sistemi Pars Today-in türkcə xidməti Türkiyəli jurnalistin Azərbaycan haqqında fikirlərini götürərək ayrıca yayımladı. Həmin materialda artıq üç məsələ birləşdirilmişdi: hicab, yəhudilərin kipası və Netanyahu.
Türkiyədə yaranan mübahisə İran mediasından keçir və yenidən türkcə auditoriyaya qaytarılır.
Niyə?
Çünki son həftələrin geosiyasi mənzərəsinə Tehrandan baxanda Azərbaycanla Türkiyənin hərbi əməkdaşlığının dərinləşdiyini, Naxçıvanda müdafiə sənayesi istehsalı perspektivinin yarandığını, Türkiyə–Azərbaycan xəttinin Özbəkistana və Mərkəzi Asiyaya doğru genişləndiyini görürük. Zəngəzur və Orta Dəhliz perspektivi də Türkiyə ilə Azərbaycan arasında coğrafi və iqtisadi inteqrasiyanı gücləndirə bilər.
Bütün bunlar İranın regiondakı ənənəvi geosiyasi mövqelərinə toxunur. Burada “qısqanclıq”dan daha çox geosiyasi narahatlıq ifadəsi elmi baxımdan dəqiq olsa da, Ankara–Bakı yaxınlaşmasının Tehranda məmnunluq yaratmadığını görməmək mümkün deyil.
İran üçün hazır emosional vasitələr də var: İsrail, Qəzza, hicab, Zəngəzur. Bunların hamısının Türkiyə cəmiyyətində güclü qarşılığı mövcuddur. Azərbaycana qarşı mənfi münasibəti sıfırdan yaratmağa ehtiyac yoxdur; mövcud narazılığı tapıb böyütmək daha asandır.
Moskvanın narahatlığı isə başqadır
Rusiya üçün problem hicab deyil, İsrail də əsas məsələ deyil. Moskvanın narahatlığı geosiyasi xəritənin dəyişməsidir.
Türkiyə, Azərbaycan və Gürcüstan arasında hərbi əməkdaşlığın genişlənməsi, Özbəkistanla ortaq təlimlər, Xəzər üzərindən Orta Dəhliz, Naxçıvan və gələcək Zəngəzur bağlantısı Rusiyanın onilliklər ərzində xüsusi təsir zonası hesab etdiyi Cənubi Qafqaz və Mərkəzi Asiyada yeni regional arxitekturanın yaranması deməkdir.
Azərbaycan artıq Rusiya təhlükəsizlik sistemindən asılı ölkə deyil. Türkiyə isə regionda getdikcə daha güclü hərbi, siyasi və iqtisadi aktora çevrilir. Moskvanın Azərbaycan–Türkiyə tandeminin güclənməsinə sakit baxacağını düşünmək sadəlövhlük olardı.
Azərbaycanın MEDİA Agentliyi bu ilin əvvəlində Azərbaycan–Türkiyə strateji münasibətlərini hədəfə alan başqa bir dezinformasiya dalğasının ilkin mənbələrindən biri kimi Rusiyanın Tsargrad.tv platformasını göstərmişdi.
Bu baxımdan, Azərbaycan əleyhinə Türkiyə ictimaiyyəti üzərində aparılan kampaniyanın bir qolunun da Moskvadan idarə edildiyini düşünmək üçün kifayət qədər presedent var.
Tehranla Moskva eyni mərkəzdən işləyirmi?
İran və Rusiyanın motivləri fərqlidir, amma ortaya maraqlı mənzərə çıxır.
İran “Azərbaycan İsrailin regiondakı platformasına çevrilir”, Rusiya isə “Azərbaycan Türkiyə və Qərbin Cənubi Qafqazdakı platformasına çevrilir” narrativini irəli sürə bilər.
İki fərqli xəttdir, amma ortaq narahatlıq eynidir: Azərbaycan–Türkiyə tandeminin güclənməsi.
Xronologiya da buna görə xüsusi əhəmiyyət daşıyır:
15 sentyabr — Hakan Fidan Bakıda.
25 sentyabr — Azərbaycan və Türkiyə təhlükəsizlik strukturlarının əməkdaşlığı genişlənir.
30 sentyabr — 500 milyon dollardan artıq müdafiə sənayesi əməkdaşlığı.
1 oktyabr — Azərbaycan, Türkiyə və Özbəkistanın “Birliyin Gücü–2026” hərbi təliminin yekunu.
2 oktyabr — Şuşada Azərbaycan və Türkiyə müdafiə nazirlərinin görüşü.
Elə həmin gün — Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli toplantısı.
Paralel olaraq Türkiyə ictimaiyyətində Azərbaycan əleyhinə narazılıq yarada biləcək informasiya xətti güclənir: hicab, Netanyahu, İsrail, “Azərbaycan Türkiyəni unudur” və s.
Bütün bunların eyni mərkəzdən idarə edildiyini qəti şəkildə sübut etmək üçün daha çox dəlil lazımdır. Amma bu paralelliyi görməmək də mümkün deyil.
Niyə məhz Türkiyə?
Çünki Azərbaycan haqqında eyni sözü Pars Today desə, azərbaycanlı bunun İran təbliğatı olduğunu görəcək. Tsargrad yaysa, Rusiya təbliğatı kimi qəbul edəcək.
Amma eyni fikir Türkiyəli jurnalistin, türk qəzetinin və ya milyonlarla izləyicisi olan Türkiyə sosial-media hesabının dilindən gələndə təsir dəyişir.
Azərbaycanlı düşünür: “Bunu qardaş Türkiyədə deyirlər.”
Türkiyəli isə: “Biz Qarabağ savaşında onların yanında olduq, Azərbaycan indi niyə belə davranır?”
Əsl təhlükə də burada başlayır.
Azərbaycan–Türkiyə münasibətlərinin ən böyük gücü yalnız Şuşa Bəyannaməsi, hərbi müqavilələr və enerji layihələri deyil. Əsas güc iki xalqın bir-birinə emosional bağlılığıdır. İnformasiya savaşında ən güclü tərəfimiz eyni zamanda ən həssas yerimizdir.
Çünki yad adamın sözünə qardaş bildiyimiz adamın sözünə incindiyimiz qədər incimirik.
Arxamızda “dayı” olmayıb
İndi gələk İlham Əliyevin son çıxışına.
Cənab prezident deyir: “Hərənin arxasında, necə deyərlər, böyük bir dayı var... Amma biz təkbaşına.”
Buradan “Əliyev Türkiyənin 44 günlük müharibədəki rolunu inkar etdi” nəticəsi çıxaranlar oldu.
Halbuki Əliyev dəfələrlə açıq şəkildə bildirib: “Türkiyə 44 gün ərzində bizim yanımızda oldu.” Ərdoğanın müharibənin ilk günündən “Türkiyə Azərbaycanın yanındadır” bəyanatının Azərbaycana əlavə güc verdiyini də söyləyib.
Burada Azərbaycan dilində sadə, amma siyasi baxımdan böyük fərq var:
Arxamızda “dayı” olmayıb, amma yanımızda Türkiyə olub.
“Arxasında dayı olmaq” himayədarlıqdır. “Yanında olmaq” müttəfiqlikdir.
Azərbaycan Türkiyənin arxasında gizlənərək Qarabağ savaşını aparmayıb. Azərbaycan əsgəri döyüşüb, Azərbaycan ordusu torpaqları azad edib, Azərbaycan xalqı şəhid verib. Amma həmin 44 gündə Türkiyə siyasi və mənəvi gücü ilə Azərbaycanın yanında dayanıb.
Bakı bunu heç vaxt inkar etməyib.
Türkiyə mediası Türkiyə dövləti deyil
Bir səhvə də yol verməməliyik. Türkiyə mediasında Azərbaycan haqqında xoşagəlməz materialların yayılmasından “Türkiyə Azərbaycana qarşı çevrilir” nəticəsi çıxarmaq özü informasiya manipulyasiyasına xidmət edə bilər.
Türkiyə dövlətinin real addımlarına baxın: Azərbaycanla müdafiə sənayesi əməkdaşlığını yarım milyard dollardan artıq genişləndirir, Azərbaycan Ordusu ilə birgə təlim keçirir, Şuşada müdafiə nazirlərinin görüşünü keçirir, Azərbaycanla birlikdə Mərkəzi Asiyaya uzanan yeni əməkdaşlıq formatları qurur.
Türkiyə Prezident Administrasiyasının Dezinformasiya ilə Mübarizə Mərkəzi də Azərbaycan–Türkiyə münasibətlərinə qarşı dezinformasiya və provokasiya xarakterli paylaşımların mövcudluğu barədə xəbərdarlıq edib.
Deməli məsələ Azərbaycan–Türkiyə qarşıdurması deyil. Problem Azərbaycanla Türkiyə arasına girmək istəyən informasiya axınlarıdır.
Bir millətin arasına necə girirlər?
Azərbaycanla Türkiyənin münasibətlərini zəiflətmək istəyən qüvvənin ilk hədəfi Əliyevlə Ərdoğan olmayacaq. Dövlət rəhbərləri bir telefon danışığı ilə anlaşılmazlığı aradan qaldıra bilərlər.
Ən həssas hədəf cəmiyyətlərdir.
Türkə “Azərbaycanlılar nankordur” düşündürmək.
Azərbaycanlıya “Türkiyə artıq bizim yanımızda deyil” hissini vermək.
Sonra hər Netanyahu çıxışı, hər hicab mübahisəsi, hər futbol oyunu, hər siyasətçinin uğursuz cümləsi əvvəlki incikliyin üstünə əlavə olunur. Bir müddətdən sonra insanlar hadisələri faktla deyil, formalaşdırılmış emosional yaddaşla qiymətləndirirlər.
İnformasiya savaşının məqsədi həmişə insanı böyük bir yalana inandırmaq deyil. Bəzən onun qardaşına şübhə etməsi kifayətdir.
Son söz
İran və Rusiyanın son günlər Türkiyədə Azərbaycan əleyhinə yayılan bütün materialları vahid mərkəzdən idarə etdiyini aydın şəkildə görmək mümkündür.
Azərbaycan–Türkiyə hərbi və siyasi inteqrasiyası sürətlə dərinləşir. Türkiyə–Azərbaycan xətti Mərkəzi Asiyaya doğru genişlənir. Azərbaycan, Türkiyə və Gürcüstan arasında təhlükəsizlik formatı möhkəmlənir. Orta Dəhliz və gələcək regional bağlantılar Rusiyanın ənənəvi təsir məkanından yan keçən alternativ geosiyasi xətt yaradır. Zəngəzur və Türkiyə–Azərbaycan inteqrasiyası isə İranın regional hesablarına toxunur.
Belə şəraitdə Moskva və Tehranın bütün bunlara sakit və biganə qalacağını düşünmək siyasi sadəlövhlük olardı.
Əsas sualı budur:
Azərbaycanla Türkiyə arasında real siyasətdə yaxınlaşma sürətlənərkən, niyə informasiya məkanında eyni vaxtda uzaqlaşma görüntüsü yaradılır?
Və daha mühüm sual:
Bu görüntünün yaranması kimlərin maraqlarına xidmət edir?
Cavab axtararkən bir həqiqəti unutmayaq:
Arxamızda “dayı” olmayıb.
Yanımızda Türkiyə olub.
Türkiyə də bilməlidir ki, Azərbaycan onun arxasında gizlənən ölkə deyil, yanında dayanan dövlətdir.
“Bir millət, iki dövlət” ifadəsinin siyasi mənası da məhz budur.
Elnur MƏCİDLİ
Paris, Fransa
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
04-10-2026