Mobil versiya
"İstisuda Azərbaycan Ordusundan böyük hərəkətlilik – Mövqelərdə genişləndirmə" - FOTO
Tarix: 04-10-2026 | Saat: 11:00
Bölmə:Karusel / Ölkə | çapa göndər

"İstisuda Azərbaycan Ordusundan böyük hərəkətlilik – Mövqelərdə genişləndirmə" - FOTO


Azərbaycan Silahlı Qüvvələrinin Cermuk (İstisu) istiqamətində yerləşən bir sıra mövqelərində yeni mühəndis-istehkam işlərinin aparıldığı bildirilir.

aia.az xəbər verir ki, 2026-cı ilin iyul-sentyabr aylarına aid peyk görüntülərində mövqe infrastrukturunun genişləndirilməsi və möhkəmləndirilməsi müşahidə olunur.

Görüntülərə əsasən, ayrı-ayrı sahələrdə mövqelərə aparan yollar genişləndirilib, yeni istehkamlar qurulub və mövcud mövqelər gücləndirilib.

Erməni mənbəsinin hesablamasına görə, işlərin aparıldığı mövqelər 1974-cü il SSRİ Silahlı Qüvvələri Baş Qərargahının topoqrafik xəritəsində göstərilən keçmiş inzibati sərhəddən təxminən 1,2–6 kilometr məsafədə yerləşir.

Maraqlıdır, Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal altında saxlayanda bu xəritələr harada idi? Kəlbəcər, Laçın və digər Azərbaycan əraziləri işğal ediləndə, şəhər və kəndlərimiz dağıdılıb daşı daş üstə qoyulmayanda, sərvətlərimiz talan ediləndə niyə SSRİ-nin topoqrafik xəritələri yada düşmürdü? Əgər bu gün düzgünlükdən və ədalətdən danışırlarsa, 30 ilə yaxın Azərbaycan torpaqlarını niyə işğal altında saxlamışdılar? Azərbaycan Ordusu öz torpaqlarına qayıdıb mövqelərini tutandan sonra birdən-birə sərhəd və xəritə məsələsini xatırladılar. İndi hərəsi əlinə bir xəritə alıb hay-küy salır.

Azərbaycanın Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev bu məsələyə çox aydın və sərt münasibət bildirib:

“Biz düz yerdə durmuşuq, harada lazımdır, orada durmuşuq və əgər istəsək, harada lazım bilsək, orada da duracağıq. Onu heç kim unutmasın”.

Prezident İlham Əliyevin digər açıqlamasında səsləndirdiyi sözlər də bu baxımdan diqqət çəkir:

“Delimitasiya istəmirlərsə, olmasın delimitasiya. Onda nə olacaq, harada desək, sərhəd də orada olacaq. Onlar bilirlər ki, biz bunu edə bilərik”.

Qeyd edək ki, söhbət delimitasiya olunmuş dövlət sərhədindən getmir. Azərbaycanla Ermənistan arasında bu istiqamətdə dövlət sərhədinin delimitasiyası başa çatmadığından həmin xətt şərti sərhəd kimi qəbul edilir.

Kəlbəcər istiqamətində Azərbaycan Ordusunun öz mövqelərini genişləndirməsi və gücləndirməsi təbii prosesdir. Təxminən 30 il işğal altında saxlanılmış Azərbaycan əraziləri azad edildikdən sonra ordumuzun həmin ərazilərdə müdafiə və təhlükəsizlik sistemini möhkəmləndirməsi Azərbaycanın suveren hüququdur.

Bəzi erməni dairələrinin bu görüntülərdən təşvişə düşməsi də anlaşılandır. 30 ilə yaxın işğal altında saxladıqları Azərbaycan torpaqlarında bu gün Azərbaycan bayrağını və qüdrətli Azərbaycan Ordusunu görürlər. Onlar bilməli idilər ki, işğal əbədi davam etməyəcək və bir gün Azərbaycan Ordusu öz torpaqlarına qayıdaraq onların başı üzərində dayanacaq.

Bir daha xatırladaq ki, Qərbi Azərbaycan və həmin bölgələr tarixi Azərbaycan torpaqlarıdır.musavat.com





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə