İran və İraq arasında uçuşlar sabah bərpa olunacaq
Tarix: 03-10-2026 | Saat: 23:01
Bölmə:Dünya | çapa göndər

İran və İraq arasında qarşılıqlı aviareyslər sabahdan etibarən bərpa ediləcək.
“aia.az” xəbər verir ki, bunu İran Mülki Aviasiya İdarəsinin rəhbəri Əbuzər Şirudi açıqlayıb.
Belə ki, Şirudi iki ölkə arasında hava nəqliyyatının oktyabrın 4-dən etibarən yenidən fəaliyyət göstərəcəyini bildirib.
Qeyd edək ki, İraq ABŞ-nin İrana qarşı tətbiq etdiyi mülki aviasiya sanksiyalarının bir hissəsi çərçivəsində İrandan Bağdad və Nəcəfə uçuşları dayandırmışdı.
Daha sonra İraq hökuməti İran aviaşirkətlərinin Nəcəf Beynəlxalq Hava Limanından uçuşları bərpa etməsinə imkan verən istisna ilə bağlı Vaşinqtonla razılığa gəldiyini açıqlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər