Mobil versiya
ABŞ-dən Rusiya dizelinə SANKSİYA GÜZƏŞTİ: "Vaşinqton Putinin müharibə şərikinə çevrilir"
Tarix: 10-10-2026 | Saat: 17:00
Bölmə:Dünya | çapa göndər

ABŞ-dən Rusiya dizelinə SANKSİYA GÜZƏŞTİ: "Vaşinqton Putinin müharibə şərikinə çevrilir"


ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin nüfuzlu üzvü, senator Riçard Blyumental Ağ Evin Rusiya dizel yanacağına tətbiq olunan sanksiyaları yumşaltmaq qərarını kəskin tənqid edib.

Amerikalı qanunverici bu addımın Rusiya hərbi maşınına maliyyə dəstəyi mənasına gəldiyini bildirərək Birləşmiş Ştatların Vladimir Putinin Ukraynaya qarşı apardığı müharibədə birbaşa şərik vəziyyətinə düşdüyünü bəyan edib.

Blyumental Prezident Donald Trampı Rusiya yanacağının bazara daxil olmasına imkan verən bu razılaşmanı dərhal ləğv etməyə çağırıb.

Eyni zamanda Rusiya neft məhsullarını almağı planlaşdıran ABŞ-nin energetika və ticarət şirkətlərinə kəskin xəbərdarlıq edən senator: "Konqres hər birinizin fəaliyyətini diqqətlə izləyir",-deyərək Rusiya büdcəsini dolayısı ilə maliyyələşdirənlərə karşı hüquqi adımların atılacağını diqqətə çatdırıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-10-2026